Zscaler şirkətinin tədqiqatçıları uzun müddət iOS və Android əməliyat sistemləri üçün hazırlanmış əlavələri müşahidə ediblər. Yalnız Apple cihazlarında olan iOS-dən fərqli olaraq, Android əməliyyat sistemindən bir çox smartfon istehsalçıları, o cümlədən Samsung da istifadə edir.
Məlum olub ki, iOS əlavələri istifadəçinin məlumatlarını Android əlavələrindən daha çox kənara sızdırır.
Dərc edilən hesabatda deyilir ki, Zscaler əlavələrinin yükləndiyi qurğularda bir rüb ərzində orta hesabla 45 milyon müxtəlif əməliyyat həyata keçirilir. Onların yalnız 4%-i istifadəçilərin gizli məlumatlarını kənara sızdırır. İstifadəçinin gizli məlumatları dedikdə telefon nömrəsi, email ünvanı, qurğunun olduğu məkan, SIM kart haqqında məlumat və s. nəzərdə tutulur.
Məlum olub ki, iOS əlavələri istifadəçinin məlumatlarını Android əlavələrindən daha çox kənara sızdırır. Tədqiqatçılar bir rüb ərzində müxtəlif iOS əlavələrində həyata keçirilən 26 milyon əməliyyatı izləyiblər. Bunların yalnız 0,5%-də məlumat sızması baş verib. Bu isə 130000 əməliyyat deməkdir. Sızmış məlumatların 72,3%-də qurğu haqqında, 27,5%-də geolokasiya məlumatları, 0,2%-də isə istifadəçinin şəxsi məlumatları sızıb.
Sızmaların 70%-i Çində istifadə olunan iOS qurğularında qeydə alınıb. İkinci yeri isə Cənubi Afrikada istifadə olunan iOS qurğular tutub. ABŞ, Böyük Britaniya və İrlandiya da siyahıya düşüb.
Buna da bax: Bermud üçbucağı fenomeninin daha bir izahı
Android əlavələrinə gəlincə, alimlər bir rüb ərzində 20 milyon əməliyyatı müşahidə ediblər. Onların yalnız 0,3%-i təhlükəli sayılıb. Bu 60000 əməliyyat deməkdir. Təhlükəli əməliyyatların 58%-də müxtəlif metaməlumatlar, 39,3%-də məkan barədə məlumatalr, 3%-də isə istifadəçilərin şəxsi məlumatları sızdırılıb. Ən çox sızma ABŞ (55%), Britaniya (16%) və Çində (12%) işləyən qurğularda qeydə alınıb. .
Zscaler təhlilçiləri xəbərdar edirlər ki, bu problemi qeyri-ciddi saymaq olmaz. Belə ki, istifadəçilərin sızmış gizli məlumatları pis niyyətli adamların əlinə keçə və onlar tərəfindən istifadə edilə bilər.