Keçid linkləri

Təcili xəbərlər

Elektron siqaretlər tütündən əl çəkməyi çətinləşdirir


ABŞ-da Tütün Nəzarəti üzrə Sosial İqlim Sorğusu çərçivəsində aparılan tədqiqatda 3070 nəfər iştirak edib. İştirak edənlərin üçdə biri etiraf edib ki, onlar elektron siqaretləri qapalı məkandan çıxmadan çəkirlər. İştirakçılardan 68%-i etiraf edib ki, evdə bu növ siqaretlərin istifadə etmir, 77%-i isə maşında da istifadə etməkdən çəkinir.

Sorğuda iştirak edənlərin yarısı elektron siqaretdən buraxdıqları buxarda müəyyən qədər nikotin olduğundan xəbərsiz olublar.

Sorğuda iştirak edənlərin yarısı elektron siqaretdən buraxdıqları buxarda müəyyən qədər nikotin olduğundan xəbərsiz olublar. Qapalı məkanda istifadə edildikdə nikotin divarlara hoparaq həmin məkanda qalır.

Sorğu iştirakçılarının 84%-i qeyd edib ki, qapalı məkanlarda elektron siqaretdən istifadəyə icazə verilməməlidir. “Valideynlər uşaqlarının yanında bu siqaretləri çəkməməlidirlər” deyənlər isə 74% təşkil edib.

Araşdırmaçılar qeyd ediblər ki, bu buxarın tərkibində çoxlu sayda toksik maddələr var ki, onlar ətrafda olan müxtəlif əşyaların səthində qalır və siqaret çəkməyən insanlarda müxtəlif xəstəliklərə səbəb olurlar.

Buna da bax: Artıq çəkidən bu meyvə qoruyacaq

Münhendə yerləşən IFT-Gesundheitsförderung institutu siqaret çəkməyi tərgitmək istəyənlər arasında keçirdiyi sorğunun nəticələrini nəşr edib. Məlum olub ki, faktiki olaraq, elektron siqaretlər bu pis vərdişi buraxmağa çətinləşdirir. Bir ildən sonra siqareti buraxmaq kurslarına gələnlərin yalnız 20%-i buna müvəffəq olub. Elektron siqaret istifadə etməyən kursda isə göstərici 39% təşkil edib.

Araşdırmanın nəticələri onu da göstərib ki, elektron siqaretlərdən istifadə 18-24 yaş arası, aşağı səviyyə təhsilli, övladı olmayan gənclər arasında daha geniş yayılıb.

XS
SM
MD
LG