Keçid linkləri

Təcili xəbərlər

Obama prezidentlikdən sonra texnologiyalarla məşğul ola bilər


ABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama

Barak Obamanın prezidentlik müddəti üç aydan sonra başa çatır. Bəs bundan sonra o, harada işləyəcək? "The New York Times" yazır ki, Obama öz gələcəyini Silikon Vadisi ilə bağlaya bilər.

"Silikon Vadisi onun prezidentlikdən sonrakı fəaliyyətinin əsas sahələrindən biri olsa, mən təəccüblənmərəm"...

Qəzetin yazdığına görə, Barak Obama fondunun əməkdaşları ötən il Silikon Vadisinə 10-dan çox səfər ediblər. Səfərlərin məqsədi hazırkı prezidentə növbəti addımlarını planlaşdırmaqda kömək etmək olub.

"Silikon Vadisi onun prezidentlikdən sonrakı fəaliyyətinin əsas sahələrindən biri olsa, mən təəccüblənmərəm", deyə AOL media konqlomeratının yaradıcısı Steve Case bildirib.

Ağ Evdən Silokon vadisinə yol yeni deyil. "The New York Times" xatırladır ki, prezident administrasiyasının bir əməkdaşı artıq bu yolu keçib. Belə ki, 2008-ci ildə Obamanın seçki kampaniyasının "memarı", Devid Plouf hazırda "Uber"də çalışır. Prezidentin keçmiş mətbuat katibi Cey Karney isə artıq "Amazon"un əməkdaşıdır.

Bu, hamısı deyil. Ağ Evin strategiya və kommunikasiyalar üzrə keçmiş müşaviri Den Pfayfer hazırda "GoFundMe" kraudfandinq platformasında işləyir. Obamaın ətraf mühitin mühafizəsi agentliyinin rəhbəri olmuş Liza Kakson isə indi "Apple"ın top meneceridir. Bill Clinton administrasiyasının əməkdaşı olmuş Chris Lehane isə ötən il "Airbnb"də işə düzəlib.

«Bura siyasət veteranları üçün qocalar evinə çevrilir»...

«Bura siyasət veteranları üçün qocalar evinə çevrilir», Clintonun keçmiş mətbuat katibi Met MakKenna Silikon Vadisi haqqında deyir. McKennanın özü keçən il "Uber"də işləməyə başlayıb. Bu ilsə o, "Greenbrier" adlı PR şirkətinin həmtəsisçisi olub. Bu şirkət Silikon Vadisinin düz mərkəzində yerləşir.

Ancaq Silikon Vadisindən də Obama administrasiyasına gəlmiş adamlar var. Keçmiş Google rəsmisi Meqan Smit hazırda ABŞ-ın baş texnologiya direktorudur.

Qəzetin yazdığına görə Ağ Ev prezidentin yanvardan sonrakı planları barədə şərh verməkdən imtina edib. Ancaq Obamanın elm və texnologiya siyasəti üzrə müşavirlərindən biri olmuş Fil Larson deyir ki, Obamanın texnologiyaya böyük marağı var.

Buna da bax: Android şəxsi məlumatları daha yaxşı qoruyur

Hazırda milyarder Elon Muskın "SpaceX" raket şirkətində çalışan Larsonun sözlərinə görə, Obama "alimlərin gələcək barədə əsrarəngiz söhbətlərini dinləməyi" sevir.

Barak Obama Instagramda selfisini paylaşmış ilk prezidentdir. O, "Star Trek" serialında Spok personajını oynamış aktyor Leonard Nimoyla görüşəndə onu filmdəki məşhur Volkan salamı ilə salamlayıb. Obama prezidentliyinin ilk günündə ABŞ Baş Texnologiya Direktoru vəzifəsini yaradıb. O, startapların və pilotsuz avtomobillərin maliyyələşdirilməsi, xarici sahibkarlara viza verilməsi kimi təşəbbüsləri inkişaf etdirib.

Ən son yazılan

XS
SM
MD
LG