Keçid linkləri

Təcili xəbərlər

NASA: Yer ətrafında 15 000 asteroid hərlənir


NASA-nın maliyyələşdirdiyi Yerə Yaxın Obyektləri (YYO) Müşahidə Proqramı bildirir ki, Yerə yaxın asteroidlərin sayı 15 mini keçib. Proqram orta hesabla həftədə 30 belə asteroid aşkar edir. Məlum asteroidlərin sayı son üç ildə 50 faiz artıb, belə ki, 2013-cü ilin Avqustundan bəri 5000 yeni asteroid aşkar edilib.

Aşkar edilmiş son asteroid Oktyabrın 31-də Yerə ən yaxın nöqtəsinə çatacaq

Aşkar edilmiş 15 000-ci asteroidin adı 2016 TB57-dir. Bu eni 16, uzunluğu isə 36 metr olan kiçik bir asteroiddir. Oktyabrın 31-də o, Yerə ən yaxın nöqtəsinə çatacaq, lakin hətta bu məsafə Ayla Yer arasındakı məsafədən beş dəfə çoxdur. Alimlər bu yaxınlaşmanın təhlükəsiz ötüşəcəyini deyirlər.

Yerə yaxın asteroidlər, orbiti Yerdən Günəşə qədər olan məsafədən ən uzağı 1,3 dəfə çox olan göy cismlərinə deyilir. Bu isə 195 milyon kilometr deməkdir. Yerdən Günəşə qədər olan məsafə təqribən 150 milyon kilometrdir.

Orbitlərinin bu ölçüsü sayəsində onlar, vaxtaşırı Yerin orbitinin orta hesabla 50 milyon kilometrliyinə yaxınlaşa bilirlər. Astronomlar artıq iri YYO-ların ehtimal olunan sayının 90 faizdən çoxunu kəşf ediblər. Böyük hesab edilən YYO-ların ölçüsü 1 kilometrdən çoxdur. Astronomlar hesablayıblar ki, bu günə qədər tapılan YYA-ların cəmi 27 faizinin ölçüsü 140 metr və daha böyükdür.

...əsas məqsəd potensial təhlükə mənbəyi olan YYO-ların tapılması, izlənməsi və təsnifatıdır.

NASA-nın YYO Müşahidə Proqramının meneceri Kelly Fast deyir ki, bu sahədə kəşflərin sayının artması xüsusi tədqiqatlar və son illərdə yenilənmiş teleskopların internetə qoşulması ilə bağlıdır.

YYO Müşahidə Proqramı NASA-nın Planetar Müdafiə Koordinasiya Ofisinin əsas elementlərindəndir. Sonuncunun əsas məqsədi potensial təhlükə mənbəyi olan YYO-ların tapılması, izlənməsi və təsnifatıdır. Proqram mümkün təhlükə barədə xəbərdarlıq etməli, təhlükə şəraitində ABŞ hökumətinin planlarını koordinasiya etməlidir.

Ən son yazılan

XS
SM
MD
LG