Keçid linkləri

Təcili xəbərlər

İspaniya bu yüzilliyin sonuna səhraya çevrilə bilər


Alimlərin yeni araşdırmaları İspaniya təbiətinə yeni gözlə baxmağı təklif edir. Belə ki, alimlərin analiz etdiyi dörd müxtəlif ssenariyə əsasən, karbon tullantılarının həcmi 2100-cü ilə İspaniyanı səhraya çevrilə bilər. Onlar iddia edirlər ki, qlobal istiləşmə, quraqlıq nəticəsində İspaniyadakı bitki örtüyü gözlənilməz dərəcədə dəyişilə bilər, bu durum isə atmosferə buraxılan karbon tullantılarının həcmindən asılıdır.

...qlobal istiləşmə 1.5 dərəcədən artıq olarsa, Aralıq dənizi hövzəsinin ekosistemi son 10 000 ilin ən böqük dəyişikliyini yaşayacaq.

Son 10.000 ilə aid çiçək tozu hissəciklərinin analizləri tarix boyunca bu ərazidə hava hərarətinin bitki həyatını necə dəyişdiyini görməyə imkan verib. Qlobal istiləşmə effektini alimlər kompüter modelləşdirmə proqramı ilə proqnozlaşdırıblar. Bir neçə ssenarini analiz etdikdən sonra alimlər belə qərara gəliblər ki, qlobal istiləşmə 1.5 dərəcədən artıq olarsa, Aralıq dənizi hövzəsinin ekosistemi son 10.000 ilin ən böqük dəyişikliyini yaşayacaq. Quraqlıq genişlənəcək və yarpaqlı ağaclar yoxa çıxmağa başlayacaq, bu da siyasi sabitliyə də təsirsiz ötüşməyəcək. Alimlər demək olar ki, artıq həyəcan təbilini çalırlar.

“Əsas məqsəd hava hərarətini maksimal olaraq 1.5 dərəcə Selsiyə qədər saxlamaqdır”, deyə Coel Giyo, Fransada yerləşən Eyks-Marsel Universitetinin araşdırmaçı alimi bildirib. “Bunun üçün ilk növbədə 2020-ci ildən etibarən deyil, elə bugündən istixanaların buraxdığı qazların həcmini azaltmalıyıq ki, 2050-ci ilə və ya bu əsrin sonuna karbon qazı tullantılarının həcmini sıfra endirməyə nail olaq”, deyə alim əlavə edib.

Sənayə dövrü başlayandan qlobal hərarət artıq 1 dərəcə artıb. Aralıq dənizi hövzəsində isə bu göstərici 1.3 dərəcə Selsidir. Növbəti həftədən qüvvəyə minən Paris Anlaşması bir çox ölkələri iqlim dəyişikliyinə qarşı mübarizə aparamağa çağırır.

Gilyonun sözlərinə görə, istiləşmə 2 dərəcəyə qədər olsa, səhralar İspaniya, Şimali Afrika və Yaxın Şərqi də əhatə edəcək. Aralıq dənizi hövzəsindən başlayaraq iriyarpaqlı ağacların yoxa çıxma prosesi başlayacaq və bu bitki örtüyü başqaları ilə əvəz olunacaq.

...tarix boyu Yunan, Roma və Misir imperiyalarının çöküşündə, başqa amillərlə yanaşı, iqlim dəyişikliyi də vacib rol oynayıb.

İqlim dəyişikliyi, həmçinin, mühüm siyasi fəsadlara da gətirib çıxara bilər. Gilyo hesab edir ki, tarix boyu Yunan, Roma və Misir imperiyalarının çöküşündə, başqa amillərlə yanaşı, iqlim dəyişikliyi də vacib rol oynayıb.

Yaxın tarixdə isə iqlim Darfur və Suriyada siyasi konfliktlərin yaranma səbəblərindəndir. Alimin sözlərinə görə, ərazidə uzun müddətli quraqlıqlar ehtiyatların tükənməsinə gətirib çıxarır, bu da öz növbəsində insanların kütləvi miqrasiyasına yol açır.

“Aralıq dənizi hövzəsi dünyada iqlim dəyişikliyinə reaksiya verən ən həssas ərazilərdən biridir. Həmin ərazidə əhalinin böyük hissəsi dəniz səviyyəsində yaşayır, bu da miqrasiya ehtimalını artırır. İqlim dəyişikliyi probleminə digər problemləri də əlavə etsək, gələcəkdə bu çox pis nəticələnə bilər”, deyə Giyo bildirib.

Ən son yazılan

XS
SM
MD
LG