Keçid linkləri

Təcili xəbərlər

Planetin qaranlığa qərq olacağı xəbəri doğru deyil


Son günlər geniş müzakirəyə səbəb olan şayiələrdən biri də “dünyaya 15 gün qaranlıq çökəcəyi” xəbərilə bağlıdır. Bu xəbərin hətta NASA tərəfindən yayıldığı da bildirilir. Lakin xəbərin doğruluğu şübhə doğurur.

Mütəxəssis NASA-nın bu xəbəri də təkzib etdiyini bildirərək əlavə edib ki, ...belə bir vəziyyət qeyri-mümkündür.

Verilən məlumatlarda bu qaranlığın 2016-cı ilin 15 noyabrından başlayaraq 29-a qədər davam edəcəyi iddia edilsə də, NASA bu məlumatı təkzib edilib. NASA mütəxəssisi məsələyə aydınlıq gətirərərk bildirib ki, belə bir hadisənin baş verəcəyi gözlənilmir, və bu cür məlumat NASA tərəfindən verilməyib.

Mütəxəssis onu da qeyd edib ki, buna oxşar bir hadisə 2015-ci ildə də yaşanıb və insanlar arasında geniş müzakirəyə səbəb olub. Məlum olmayan mənbə NASA-nın hal-hazırki rəhbərinin bu insident haqqında detallı məlumat yaydığını bildirib.

Mənbə hətta onu da deyib ki, NASA bu hadisəni Venera və Yupiter planetləri arasında olan “astronomik insident” adı altında təsvir edib.

Buna da bax: NASA: Yer ətrafında 15 000 asteroid hərlənir

Mütəxəssis NASA-nın bu xəbəri də təkzib etdiyini bildirərək əlavə edib ki, belə bir fenomen yalnız iki planetlərin müəyyən bir bucaq altında bir-birinə yaxınlaşdığı zaman baş verə bilər. Hazırda isə onun sözlərinə görə, belə bir vəziyyət qeyri-mümkündür.

Beləliklə də, apokaliptik zülmət sadəcə bir uydurmadır. Kosmik elm yalnız insan sivilizasiyasının inkişafına xidmət etdiyinə görə, elə hesab edilir ki, bu kimi hallar ciddi şəkildə qanunla tənzimlənməlidir.

Ən son yazılan

XS
SM
MD
LG