Keçid linkləri

Təcili xəbərlər

Qırmızı şərab və şokolad arıqladır


London Kral Kollecindən Tim Spector iddia edir ki, şokolad və qırmızı şərab, habelə pendir və qəhvə artıq çəkidən azad olmağa kömək edir. Alim qeyd edir ki, bu məhsullar insanın bağırsaq mikroflorasını yaxşılaşdırır və beləliklə bədən quruluşunun yaxşılaşmasına yol açır.

Artıq çəkidən qurtulmağa çalışan insanlar çox zaman bu və ya digər məhsullardan imtina etməli olurlar. Ancaq, alim hesab edir ki, rasion zəngin olmayanda bağırsaq mikroflorası da zəngin olmur. Bu isə uzunmüddətli perspektivdə insanın yenidən çəki yığmasına və arıqlamaqda daha böyük çətinlik çəkməsinə yol açacaq.

Çəki itirmək istəyən bir çox insanın etdiyi digər səhv isə yalnız kalori miqdarına aşırı diqqət verməkdir.

"Çəki itirmək istəyən bir çox insanın etdiyi digər səhv isə yalnız kalori miqdarına aşırı diqqət verməkdir. Onlar nəzərə almırlar ki, insan orqanizmi fərqli qidaları fərqli cür həzm edir. Beləliklə də artıq çəki ilə mübarizənin ənənəvi üsulları heç də həmişə effektiv deyil. Piylənmədən əziyyət çəkən insanların sayının artması da bunu göstərir", deyə Tim Spector qeyd edir.

Alim "alternativ" çıxış yolu kimi şokoladdan imtina etməməyi, əksinə, ondan müntəzəm istifadə etməyi təklif edir. Məsələ burasındadır ki, kakao meyvəsinin emalından alınan məhsulların və şərabın tərkibində flavonoidlər var. Flavonoidlərin orqanizm üçün çoxsaylı faydalarından biri də onların həzm prosesini yaxşılaşdırmasıdır. Bu maddələr qoz-fındıqda da var, ancaq daha az miqdarda. Alim vurğulayır ki, şokoladı faydalı edən məhz flavonoidlərdir. Ona görə də artıq çəkidən qurtulmaq üçün südlü yox, qara şokoladdan istifadə etmək lazımdır.

Buna da bax: Günə bir yumurta

Pendiri isə faydalı edən onun tərkibindəki cürbəcür mikroorqanizmlərdir. Onlar bağırsaq mikroflorasını znginləşdirir, bu isə bağırsaqların daha effektiv işləməsinə yol açır. Alim qeyd edir ki, arıqlamaq istəyənlərin gecə vaxtı bir plitka şokoladı bütöv bir bokal şərabla birlikdə yeyib bitirməsinə ehtiyac yoxdur. Ancaq, bu ərzaqlar, az miqdarda istifadə olunduqda, insana bir çox ənənəvi diyetalardan daha çox kömək edir.

XS
SM
MD
LG