Keçid linkləri

Təcili xəbərlər

Marsda dəmir “yumurta” tapılıb


Marsı öyrənən Curiosity aparatı Qırmızı planetdə qeyri-adi formaya malik dəmir meteor it tapıb. Tapılan bu daşa artıq “Daş yumurta” (Egg Rock) adı da verilib, başqa sözlərlə “yumurta fomrasında daş”.

Arizona universitetinin (ABŞ) alimləri təxmin edir ki, bu meteoritin kimyəvi tərkibi nikel-dəmirdən ibarətdir.

“Yumurta daş”ın digərlərindən fərqi onun olduqca hamar səthidir. İlk baxışdan elə təəssürat yaranır ki, meteoritin səthi suni cilalanıb.

Curiosity indiyədək də Marsda meteoritlər aşkar edib. “Lebanon” adlanan ilk dəmir meteroitin eni 2 metrə çatırmış. Lakin “Yumurta daş”ın digərlərindən fərqi onun olduqca hamar səthidir. İlk baxışdan elə təəssürat yaranır ki, meteoritin səthi suni cilalanıb.

Mütəxəsislər arasında səs-küyə səbəb olan yeni tapıntının eni 4 sm-ə qədərdir.

Alimlər belə hesab edir ki, meteoritin hamar forması Mars atmosferindən keçən zaman əmələ gəlib. Bu göy cismi Marsda artıq bir neçə milyon il qalıb, belə yaxşı formada qorunub saxlanması isə Qırmızı planetdə oksigenin çox az olmasından irəli gəlir.

İlk dəfə adıçəkilən obyekt 28 oktyabr tarixində tapılıb. Marsda axtarışlar aparan “Maraq” (Curiosity) özüyeriyən aparat Yer kürəsini 5 il əvvəl, 2011-ci ilin 26 noyabrında tərk edib. 2.5 milyard ABŞ dolları qiymətində olan Curiosity 2012ci ilin avqust ayından Marsdadır.

Ən son yazılan

XS
SM
MD
LG