Keçid linkləri

Təcili xəbərlər

Gürcüstanın hakim partiyası öz konstitusion çoxluğundan cəmiyyətin, yoxsa öz maraqları üçün  istifadə edəcək?


Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili və indiki baz nazir Giorgi Kvirikaşvili. Tbilisi, 8 Oktyabr, 2016
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili və indiki baz nazir Giorgi Kvirikaşvili. Tbilisi, 8 Oktyabr, 2016

Gürcüstanda parlament seçkilərinin ikinci raundu hakim Gürcü arzusu - Demokratik Gürcüstan partiyasının yeni parlamentd konstitusion çoxluğa malik olacağı ilə bağlı gözləntiləri doğrultdu. Konstitusion çoxluq 15 mandatdan azı 113-nə malik olmaq deməkdir. Ancaq bu güc konsentrasitasının təsirləri ilə bağlı fikirlər fərqlidir. İkinci ən böyük parlament partiyası olan müxalif Birləşmiş Milli Hərəkatın daxilindəki taktiki ziddiyyətlərin onun gələcək siyasi kursuna necə təsir edəcəyi də aydın deyil.

Seçkilərin ikinci turu oktyabrın 30-da 75 birmandatlı dairənin 50-sində keçirilib. Bu o dairələrdir ki, 8 oktyabrda keçirilmiş birinci turda onlarda heç bir namizəd səslərin 50 faizini toplaya bilməmişdi. İki turun nəticəsinə görə Gürcü arzusu - Demokratik Gürcüstan parlamentə 115, Birləşmiş Milli Hərəkat 27, Vətənpərvərlər Alyansı 6, Sənayeçilər-Vətənimiz bloku isə 1 yerlə təmsil olunacaq. Parisdə doğulmuş keçmiş Xarici işlər naziei Salome Zourabichvili isə seçkidə müstəqil namizəd kimi qalib gəlib.

Ölkənin yeni qanunverici orqanında əvvəlki parlamentlərlə müqayisədə daha az partiya təmsil olunub. 2012-ci il seçkilərindən sonra Birləşmiş Milli Hərəkatın doqquz illik hakimiyyətinə son qoyaraq Gürcü Arzusu - Demokratik Gücüstanın başçılıq etdiyi latı partiyalı blokun hakimiyyətə gəlməsi ilə nəticələndi. Blok 85, Birləşmiş Mİlli Hərəkatsa 65 mandat qazana bildi.

Bir neçə təhlilçi Gürcü Arzusunun son seçkilərdəki qətiyyətli qələbəsini, onun yaradıcısı, zəngin xeyriyyəçi Bidzina Ivanishvilinin Birləşmiş Milli Hərəkatı, xüsusən də onun lideri, eks-prezident Mikheil Saakashvilinin sistematik olaraq pisləyərək gözdən salması ilə əlaqələndirirlər.

Keçmiş iqtisadiyyat naziri Lado Papava 8 oktyabr seçkilərinin nəticələrini "virtual canavarın qələbəsi" kimi səciyyələndirib. Yəni insanların çoxu inanıb ki, Gürcü Arzusu "canavar" Saakashvilinin Birləşmiş Milli Hərəkatının yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq gücünə malik yeganə siyasi qüvvədir. Məhz buna görə də ona səs veriblər.

Saakashvili hazırda Ukraynanın Odessa vilayətinin qubernatorudur. 8 oktyabr seçkisindən az sonra o, partiyasının qələbəsini qeyd etmək üçün Gürcüstana qayıtmaq niyyətində olduğunu bildirmişdi. Ancaq o, bunu edə bilmədi. Onun arvadı Sandra Roelofs Birləşmiş Milli Hərəkatın partiya siyahısında parlament seçkilərini qazandı, ancaq nümayişkəranə şəkildə namizədliyini geri götürdü.

Gürcü Arzusunun qələbəsinə yol açan başqa amillər də var. Onlardan biri seçicilərin, şərhçi Khatuna Lagazidzenin təbirincə desək, öz potensialını tükətmiş, "limon kimi sıxılmış" siyasətçiləri rədd etməsi idi. Lagazidze ad çəkməyib, ancaq o, həm də parlamentin keçmiş spikeri Nino Burjanadzeni nəzərdə tutmuş ola bilərdi. Burjanadzenin Demokratik Hərəkatı səslərin cəmi 3,53 faizini toplaya bilib. Lagazidze bildirib ki, bu seçkilər "bir eranın sonu" sayıla bilər. Ancaq o, həm də "Ivanishvilinin bütün siyasi spektri təmizləməsi" nəticəsində yaranmış "siyasi vakuumun" tezliklə "fərqli mentalitetə malik insanlarla dolacağını" proqnozlaşdırır.

Bu "təmizləmə" prosesinin əsas qurbanları isə Gürcüstan Arzusunun ilk koalisiya partnyorları oldu. Hamısı qərbyönlü olan Azad Demokratlar və Respublikaçılar Partiyası, habelə Milli Forum müvafiq olaraq 4,62 %, 1,55 %, və 0,73 % səs toplayaraq, parlamentdən kənarda qalıblar. Azad Demokratların sədri Irakli Alasania əvvəllər Müdafiə Naziri, Respublikaçılar Partiyasının veteran üzvü Davit Usupashvili isə parlamentin spikeri vəzifəsini tutublar. Onların hər ikisi Qərbdə böyük nüfuza malik idilər.

Onların hər ikisi uzun zaman bağlı olduqları partiyaları tərk ediblər. Alasania "müvəqqəti olaraq" siyasi həyatdan gedəcəyini deyib. O, hesab edir ki, partiyasının siyasi prosesə hər hansı təsir göstərmək imkanı yoxdur.

Usupashvili isə yaxın bir neçə ayə "müstəqil, azad, avropalı, demokratik Gürcüstana" sadiq qalanlarla məşvərət edəcəyini bildirib. O, jurnalistlərə deyib ki, Gürcüstanın siyasi gələcəyi "inzibati bürokratiya ilə calaq olunmuş siyasi birliklər" (o, bununda Gürcü Arzusunu nəzərdə tutub), yaxud da "keçmiş günahlarına görə dağılmamış siyasi qruplar" (Birləşmiş Milli Hərəkat nəzərdə tutulur) tərədindən formalaşdırıla bilməz.

Usupashvili daha sonra bildirib ki, 2020-ci ildə baş tutacaq növbəti parlament seçkisində "ölkəni idarə etməyə tamamilə qadir olan və öz genetik kodunda çoxpartiyalı demokratiya dəyrlərini daşıyan yeni növ siyasi qüvvə qalib gəlməlidir". O, şəxsən özünün belə bir partiya yaratmaq niyyətində olub-olmadığını deməyib. Ancaq şərhçilər onun buna cəhd edəcəyini deyirlər.

Milli Forumun sədri Kakhaber Shartava da "səmimi, ciddi, klassik, Avropa üslublu partiya" yaratmaq istəyini açıq şəkildə bəyan edib. O bu partiyanın öz ətrafında yeni parlamentdə təmsilçilik qazana bilməyən siyasi qüvvələri birləşdirəcəyini deyib.

Təhlilçi Valerian Gorgiladze isə parlamentə düşə bilməyən partiyaları birləşdirən yeni müxalif qüvvənin yaranması ehtimalının mümkün saymır. O, çoxpartiyalı sistem və koalisiya hökumətinin əvəzinə ikipartiyalı sistemin institusionallaşacağını deyir.

Hətta ikinci turdan əvvəl də Gürcü Arzusu - Demokratik Gürcüstanın konstitusional çoxluğa sahib olacağı və bunun gətirdiyi risklər qızğın dizkussiyaya səbəb olmuşdu. Bəzi müşahidəçilər xüsusilə də hazırda heç bir siyasi vəifə tutmayan Ivanishvilinin Gürcü arzusunun siyasətinə güclü təsir göstərəcəyi ilə bağlı narahatlıq ifadə edirlər. Onun bu təsirdən istifadə edərək Birləşmiş Milli Hərəkatla köhnə hesablarını çürüdəcəyi ehtimalı da müzakirə mövzusudur.

Müstəqil təhlilçi Gia Khukhashvili vurğulayıb ki, konstitusional çoxluq özü-özlüyündə avtomatik olaraq ona sahib olan partiyanın hakimiyyətdən sui-istifadə etməyə, yaxud onu uzurpasiya etməyə çalışacağı demək mənasına gəlmir. Onun sözlərinə görə, Gürcü Arsuzuna belə çirkli niyyətləri şamil etmək ədalətsizlikdir. Baş nazir Giorgi Kvirikashvili bildirib ki, 31 oktyabrda yaranmış konstitusion çoxluq sədri olduğu Gürcü Arzusunu "daha böyük məsuliyyətlə üz-üzə qoyur". Onun sözlərinə görə, indi partiya özünün "təhsil sistemini yaxşılaşdırmaq, güclü iqtisadi və infrastruktur inkişafına nail olmaq və hər bir fərdi vətəndaşın rifahını yaxşılaşdırmaq kimi iddialı planlarını" həyata keçirmək üçün daha əzmlə çalışmalıdır.

Ivanishvilinin gələcək rolu və təsirinə gəlincə, Khukhashvili vurğulayıb ki, "şəxsi idarəçilikdən institusional idarəçiliyə keçid çox tez baş vemrəlidir. Kvirikashvili baş nazir kimi qalarsa, onda qərarları qəbul edən və onlara görə məsuliyyət daşıyan da odur. Davamlı olaraq Ivanishvilinin adını hallandırmaq çox zaman spekulyasiyaya çevrilir və buna son qoyulmalıdır... Kvirikashvilinin səhvlər etməsi bizim daim kənardan kiminsə hakimiyyətə sahib olmasını hiss etməyimizdən yaxşıdır", o deyir.

Zaal Anjaparidze interpressnews.ge portalına verdiyi geniş müsahibədə bildirib ki, konstitusion çoxluq həm risk, həm də imkanlar gətirir. O, hesab edir ki, Gürcüstan Arzusu konstitusion çoxluqdan hakimiyyəti uzurpasiya etmək üçün istifadə etməyəcək, ancaq bu amil qərarqəbuletmə prosesinə təsir göstərə bilər. (Müqayisə üçün deyək ki, 2008 - 2012-ci illərdə Birləşmiş Milli Hrəkat özünün konstitusion çoxluğundan yararlanaraq parlamentdə konstitusiya və seçki qanununa düzəlişləri keçirməyə çalışıb. Bu düzəlişlər 2012-ci ilin oktyabrında onun yenidən seçilməsinə yol açmalı idi.)

Anjaparidze bildirir ki, "biz daha geniş mənzərəyə diqqət etsək, siyasi plüralizm və çoxpartiyalı sistem nöqteyi-nəzərindən, az-çox cəmiyyətimizdə mövcud olan bütün ideoloji baxışların təmsil olunduğu üçpartiyalı parlament bizimki kimi keçid demokratiyası üçün bir o qədər də pis nəticə deyil".

Müstəqil Ekspertlər Klubunun prezidenti SosoTsiskarishvilinin şərhləri isə bu qədər nikbin deyil. Onun sözlərinə görə, 2016-cı ilin seçkiləri "tarixə gənc gürcü demokratiyasından bidzinokratiyaya keçid kimi düşəcək". O, bununda Ivanishvilinin yaratdığı partoya vasitəsilə ali hakimiyyətə sahiblənəcəyini vurğulayıb.

Bəs o zaman yeni parlamentdə Birləşmiş Milli Hərəkatın rolu nədən ibarət olacaq? 8 oktyabr seçkilərindən dərhal sonra partiya iki hissəyə parçalanmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Partiya seçkilərin ikinci turunu, həm də yeni parlamenti boykot etməyə çağıran Saakashvilinin başçılığı ilə radikallara və partiyanın öz seçiciləri qarşısında məsuliyyət daışıdığını və mandatları qəbul etməli olduğunu iddia edən mötədil praqmatiklərə bölünə bilərdi. 12 oktyabrda keçirilmiş iclasda partiyanın idarə heyəti səsvermə yolu ilə sonrakı fəaliyyət barədə qərar verdi.

Anjaparidzenin proqnozuna görə Birləşmiş Milli Hərəkatın parlament fraksiyası "özünün parlamentdəki resurslarından istifadə edərək ölkə rəhbərliyinə maksimum siyasi və informasion diskomfort yaratmağa çalışacaq. Onların rəhbərliyi artıq indidən bunu açıq deyir".

Parlamentdə Birləşmiş Milli Hərəkatla Vətənpərvərlər Alyansı arasında əməkdaşlıq ehtimalı son dərəcə azdır. Bu, ilk növbədə Vətənpərvərlər Alyansının antiqərb mövqeyi ilə bağlıdır.

Beynəlxalq seçki müşahidəçilərinin və ABŞ Dövlət Departamentinin seçkilərin nəticələrini democratik hesab etməsi və gürcü xalqının iradəsini əks etdirdiyini deməsi Birləşmiş Milli Hərəkatın mövqeyini daha da zəifləsdir. Buna baxmayaraq, oktyabrın 31-də Saakashvili "saxtalaşdırılmış seçkinin" nəticələrini qəbul etməkdən imtina etdiyini bildirib. "Biz Gürcüstanı yenidən demokratik, Avropa inkişaf yoluna qaytarmaü üçün birlikdə çalışmalıyıq. Biz mümkün qədər tez zamanda dürüst seçkilərin keçirilməsinə nail olmalı və Gürcüstanda normal hökuməti hakimiyyətə gətirməliyik", deyə o bildirib.

XS
SM
MD
LG