Keçid linkləri

Təcili xəbərlər

Musiqi uşaqların davranışına təsir edir


Alimlərə görə, musiqi terapiyası yeniyetməliyin çətin dövründə onların cəmiyyətə adaptasiyasında müsbət rol oynayır.

Eksperimentdə iştirak edən hər bir uşağa, bu və ya digər səbədən, çətin yeniyetmə demək olar. Onların hər birinin cəmiyyətə inteqrasiyasında problem yaşanıb.

Şimali İrlandiya mütəxəssisləri musiqi terpaiyasının yeniyetmələrə təsirini öyrənmək üçün 2011-2014-cü illər arasında kompleksli şəkildə araşdırmalar aparıblar. Bu təcrübədə 8-16 yaş arası 251 nəfər uşaq iştirak edib. Eksperimentdə iştirak edən hər bir uşağa, bu və ya digər səbədən, çətin yeniyetmə demək olar. Onların hər birinin cəmiyyətə inteqrasiyasında problem yaşanıb.

İştirakçıları iki qrupa bölüblər: 128 nəfər uşaq nəzarət qrupunda – burada uşaq psixoloqlarının keçirdiyi standart terapiya yer alıb. 123 uşaq isə hədəf qrupunda musiqi reabilitasiyası kursu keçiblər. Təcrübə bitdikdən sonra, əldə edilən nəticələr onu göstərib ki, musiqi terapiyası ənənəvi üsuldan daha effektli olub.

Buna da bax: Qırmızı şərab və şokolad arıqladır

Xüsusi seçilmiş musiqi təsiri altında olan yeniyetmələr öz yaşıdları ilə daha asan üsniyyət qura biliblər. Ümumilikdə isə onların davranışı daha mülayim olub, depressiya əlamətləri isə demək olar ki, aradan qaldırılıb. Alimlər hesab edirlər ki, araşdırmaların nəticələri onlara hədəf qrupunu daha da genişləndirməyə və bu üsulu mükəmməlləşdirməyə yardım edəcək.

XS
SM
MD
LG