Bu mürəkkəb zədələrini, kəsiklərini öz-özünə bərpa edən batareyalar, elektrokimyəvi sensorlar, digər cihazlar çap edə bilər.
Kaliforniya Universitetinin mühəndisləri maraqlı bir yeniliyə - maqnetik mürəkkəb yaratmağa nail olublar.
Bu mürəkkəb zədələrini, kəsiklərini öz-özünə bərpa edən batareyalar, elektrokimyəvi sensorlar, digər cihazlar çap edə bilər.
Mürəkkəb 3 mm-ə qədər zədələri öz-özünə bərpa edə bilir.
Mürəkkəbin tərkibində olan hissəciklər maqnit sahəsi daxilində bir-birini cəlb edir. Beləliklə kəsiyin kənarları birləşir. Beləliklə, maqntik mürəkkəblə çap olunmuş cihaz öz-özünü bərpa edir.
Buna da bax: Dünyanın ən böyük kosmik teleskopu hazırlanır
Mövcud özünü bərpa edən texnologiyalar əlavə katalizatora ehtiyac duyur. Onların zədəni, kəsiyi aradan qaldırması üçün bir neçə dəqiqədən bir neçə günə qədər vaxt lazım olur. Yeni sistemdə isə bərpa üçün cəmi 50 millisaniyə və ya 0.05 saniyə tələb olunur.
Tədqiqatın rəhbəri Joseph Wang bildirib ki, onların bu işi gələcəkdə uzun ömürlü elektron cihazların çapı üçün geniş imkanlar açacaq.