Keçid linkləri

Təcili xəbərlər

Hollandiyada plastik yol tikiləcək


Yol plastik modullardan yığılaraq tikiləcək. İstifadə olunan materiala baxmayaraq, bu yolun asfalt yollar qədər ağırlıq yükünü götürə biləcəyi deyilir. Sözügedən yeni texnologiyanın ənənəvi üsullardan bir çox üstünlükləri də var: plastik modulların çəkisi daha az olduğundan onların daşınması daha asandır, onun altında qalan qrunt isə bir o qədər də deformasiyaya uğramır. Mexanizmin daxilindəki boşluqlar isə orada komunikasiya kabellərini, boru və su axını keçən drenajları da yerləşdirməyə imkan verir.

Plastik yolların yaradıcıları onu da qeyd edirlər ki, bu yolların istifadə müddəti bitdikdə onu yeni emaldan sonra bir daha işlətmək mümkün olacaq.

Buna da bax: “Google” linklərinin arxasında virus ola bilər

"Bizim artıq kifayət qədər bilik, təcrübə və resursumuz var. Bu isə artıq bizə bu layihəni uğurla həyata keçirməyə imkan verir. Hesab edirik ki, layihənin prototipi 2017-ci ilin sonuna hazır olacaq", deyə layihənin müəlliflərindən biri bildirib.

Artıq indidən demək olar ki, ilk plastik yol Hollandiyada tikiləcək. Lakin bu yolun istiqaməti hələ ki, məlum deyil.

Ən son yazılan

XS
SM
MD
LG