Keçid linkləri

Təcili xəbərlər

Epilepsiyanın müalicəsində ciddi irəliləyiş


Hindistanlı mütəxəssislər epilepsiyanın müalicəsinin yeni, proqressiv üsulunu tapdıqlarını bildiriblər.

Alimlərin sözlərinə görə, bu üsul xəstələrin 70 faizini qıcolma və qeyri-iradi hərəkətlərdən azad edir.

"Amrita" mərkəzinin alimləri ən yeni texnologiyaların, xüsusən pozitron-emission tomoqrafiyasının köməyilə epilepsiyanın müalicəsində uğur əldə etdiklərini bildiriblər.

Alimlərin sözlərinə görə, bu üsul xəstələrin 70 faizini qıcolma və qeyri-iradi hərəkətlərdən azad edir. Üsul yalnız baş beynin zədələnmiş hissələrinə təsiri nəzərdə tutur. Bu zaman beyin toxumasının qalan hissəsi riskə məruz qalmır.

Qeyd edilir ki, modernləşdirilmiş MRT, pozitron-emission tomoqrafiya, elektroensefaloqraf, əməliyyatxarici beyindaxili EEQ, beynin səthində və daxilindəki elektrik fəaliyyətini müşahidə etməyə imkan verən stereo-EEQ-dən ibarət kompleks müşahidə və peşəkar neyrocərrahların işə cəlb edilməsi xəstələrin 70 faizində qıcolmaların tezliyini azaltmağa kömək edir. Əksər xəstələr tədricən güclü təsirə malik preparatlardan imtina edə bilirlər.

Mütəxəssislər iddia edirlər ki, müalicə 1-2 il çəkir. Qeyd edilir ki, texnologiyanın sonrakı inkişafı pasientlərə qısa müddətdə bu ağır xəstəlikdən tamamilə qurtulmağa kömək edəcək.

Buna da bax: Musiqi uşaqların davranışına təsir edir

Dünyadak olan bütün epilepsiya pasientlərinin 1/6-i Hindistanda yaşayır. Bu ölkədə əhalinin hər 1000 nəfərindən 12-də bu xəstəliyə təsadüf olunur. Üstəlik, ildə hər on min hindistanlıya altı nəfər olmaqla artım müşahidə olunur. Bütün dünyada olan təqribən 70 milyon epilepsiya xəstəsinin 12 milyonu Hindistanda yaşayır.

Ancaq, Hindistanda yaşayan epilepsiya xəstələrinin 90%-ə qədəri hər hansı müalicə almır. Epilepsiyaya qarşı dərmanlar haqda bilgi azlığı, yoxsulluq, əhalinin inancaları, stiqma, səhiyyə infrastrukturunun zəif olması, ixtisaslı həkimlərin çatışmaması müalicə işini qurmağa mane olan amillərdəndir. Bütün ölkədə epilepsuyanın ağır formalarını müalicə edə bilən maksimum 20 mərkəz var.

Sözügedən "Amrita" mərkəzi ölkədə epilepsiyanın müalicəsi ilə məşğul olan ən qabaqcıl mərkəzlərdəndir. Xarici və milli ekspertlərin bu sahədə mərkəzlə əməkdaşlıq edəcəyi bildirilir.

XS
SM
MD
LG