Keçid linkləri

Təcili xəbərlər

İlk müəllimsiz universitet


"42 Universitet"in sinif otaqlarından biri
"42 Universitet"in sinif otaqlarından biri

Kaliforniyada kompüter texnologiyaları sahəsi üzrə ilk müəllimsiz universitet açılıb. Burada tələbələr professorların köməyi olmadan bir-birlərinə kömək edəcəklər.

Universitet, elmi-fantastik “Gəhgəşanda (Qalaktikada) avtostopla” əsərində həyatın ən başlıca sualına cavabı müəyyənləşdirən xüsusi kompüterin – “42” adını daşıyır.

Universitetdə 1000 nəfərə yaxın tələbə təhsil alacaq. Onlar burada proqramlaşdırma və şifrələməni öyrənəcəklər. Universitetdə standart mühazirələr olmayacaq – təhsil proqramına görə, eyni kompüter şəbəkəsində tələbələr sərbəst şəkildə öz aralarında bilik və bacarıqlarını bölüşəcək, birgə layihələr keçirib, işlərini yoxlayacaqlar.

Buna da bax: Amerikalı astronavt kosmosdan səs verib

2013-cü idlə Parisdə açılan bu tip universitet artıq öz effektivliyini də sübut edib. Onun məzunları IBM, Amazon.com və Tesla kimi nəhəng şirkətlərdə çalışır, hətta öz şirkətlərini belə təsis edirlər.

“42” universiteti texnologiya milyarderi Xavyer Nyel tərəfindən təsis edilib, və tədris ocağında heç bir ödəniş yoxdur.

Bundan başqa, “42” universitetinin Kaliforniyada da təsis edilməsinə IT sahəsinin aparıcı şirkətləri - Snapchat şirkətinin həmtəsisçisi və baş direktoru Evan Şpigel, Periscope xidmətinin həmtəsisçisi və baş direktoru Keyvon Beykpur və Facebook sosial şəbəkəsinin vitse-prezidenti Devid Markus da müsbət münasibət göstəriblər.

Ən son yazılan

XS
SM
MD
LG