Keçid linkləri

Təcili xəbərlər

Rusiya qırıcıları üçün uzaqdan idarə sistemi


Rusiya Federasiyası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, “Postskriptum” avtomatlaşdırılmış sistem vasitəsilə Su-35 və Su-27 qırıcı təyyarələrini hədəfə tuşlamaq və pilotun iştirakı olmadan onları idarə etmək mümkün olacaq.

“Postskriptum” sistemi qanadlı raketləri, pilotsuz təyyarələri və qarşı tərəfin təyyarələrinin yerini bir neçə yüz kilometrdən müəyyənləşdirə bilmək qabiliyyətinə malikdir. Zəruri hallarda avtomatlaşdırılmış sistem təyyarənin idarəsinə özü nəzarət edə və hətta onu idarə edən operatora qərargahda olduğu zaman təyyarəni idarə etməyə də yardımçı ola bilir. Bu sistemin Rusiya qırıcılarına inteqrasiyası növbəti ildə bitəcək. Bu Rusiya müdafiə nazirliyinə 35 milyon rus rubluna başa gələcək.

Buna da bax: Şimpanzelər balalarına "dayə tuturmuş"

Yekaterinburqda yerləşən “Pelenq” şirkətinin təsisçiləri deyirlər ki, “Postkriptum” unikal bir sistemdir. Bu model təyyarəyə havada və yerdə olan rəqib təyyarələr haqqında – qırıcının harada yerləşdiyini, yanacaq ehtiyatı haqqında bütün məlumatları birbaşa olaraq qərargaha göndərə bilir.

Ən son yazılan

XS
SM
MD
LG