Keçid linkləri

Təcili xəbərlər

İdman yaradıcılıq qabiliyyətini artırır


York universitetinin alimləri növbəti araşdırma zamanı maraqlı nəticəyə gəliblər. Sübut edilib ki, idmanla məşğul olmaq fiziki baxımdan faydalı olmaqla yanaşı, həmçinin insanların yaradıcı həyatına da müsbət təsir göstərir.

Aparılan təcrübələr onu göstərib ki, idman insanların psixologiyasına təsir edərək onlarda yaradıcılıq qabiliyyətinin inkişafına səbəb olur. Səbəb isə fiziki yükün beyində yeni hücrələrin formalaşmasına kömək etməsidir.

Buna da bax: Yeni texnologiya iflic xəstələrinə kömək edəcək

Nəticə olaraq, insanlar müxtəlif situasiyaları daha asan təsəvvür edə bilirlər, beyin fəaliyyəti də daha aktiv, problemlərin həllinə yanaşma tərzi də daha yaradıcı, təkmilləşmiş olur.

Bundan əlavə, idman yaddaşı da yaxşılaşdırır.

Bəzi yazarlar “ilhama gəlmək üçün” idmanla məşğul olurlar. Çünki idman zamanı onlar başqa heç bir şey haqda düşünmürlər və burada da təsəvvürdə yaranan yeni qəhrəman obrazlarını yeni əsər yazarkən istifadə edə bilirlər.

XS
SM
MD
LG