Keçid linkləri

Təcili xəbərlər

Facebook yalan xəbərlərə qarşı


ABŞ-da prezident seçkiləri bitsə də, müzakirələr səngimir.

Bəziləri hesab edirlər ki, Donald Tramp-ın prezident seçilməsində onun tərəfdarlarının Facebook sosial şəbəkəsi vasitəsilə yaydığı yalan xəbərlərin də rolu az deyil.

Facebook bir müddət öncə xəbər lentində yeni alqoritmi işə salıb. Bu alqoritmlə istifadəçilər daha çox razılaşdıqları, görmək istədikləri xəbərləri görürlər. Sosial şəbəkə məqsədin yalan xəbərlərin qarşısını almaq olduğunu bildirmişdi.

Buna da bax: Zukerberq Trampa qarşı senzuranı qadağan edib

Ancaq bu alqoritmin əks nəticə verdiyini düşünənlər var. Onlar iddia edirlər ki, bu alqoritmlə istifadəçilər dünyagörüşlərinə təsir edə biləcək və ya sadəcə onları bilgiləndirəcək digər xəbərləri görmürlər.

Seçkilərdən əvvəl bu fikirlərlə bağlı açıqlama verən Facebook vitse prezidentlərindən Adam Mosseri bildirib ki, sosial şəbəkə yalan xəbərlərlə mübarizə üçün çalışır, ancaq görülməli çox iş var. O, qeyd edib ki, Facebook propaqanda platformasına çevrilmək istəmir.

Anonim mənbənin məlumatına görə, Donald Tramp-ın qələbəsindən sonra da Facebook-un bir neçə vitse presidenti arasında gizli müzakirə olub. Onlar sosial şəbəkənin seçkinin nəticələrinə necə təsir etdiyini müzakirə ediblər.

Facebook rəhbəri Mark Zukerberq isə qatıldığı “Technomy” konfransında iddialara belə cavab verib: “Facebook-da çox az yer tutan yalan xəbərlərin insanların seçimlərinə təsir etdiyini demək məncə ağılsızlıqdır”.

Ən son yazılan

XS
SM
MD
LG