“Dünya əhalisi 2050-ci ilə qədər indiki 7,3 milyarddan 9,7 milyarda qədər artacaq”, deyə Birləşmiş Millətlər Təşkilatının Əhali bölgüsü şöbəsinin direktoru Con Uilmoz (John Wilmoth) bildirib.
Amerika alimləri növbəti apokalipsis haqqında xəbər yayıbar – XXI əsrin sonuna bəşəriyyət planetdə yaranacaq izdihamdan məhv olacaq. Amerika Təbət Tarixi muzeyinin tədqiqatçılarının apardığı hesablamalara görə, bu hadisənin baş verməsini elə də çox gözləməli olmayacağıq. 2100-cü ilin sonuna Yer üzərində olan insanların sayı kritik həddə - 11 milyard nəfərə çatacaq.
Buna da bax: Hindistanda hava çirklənməsi kosmosdan görünür
Alimlər onu da qeyd edirlər ki, hər yüzillikdə insan nəslinin sayı daha sürətlə artır. Əgər ilk 1 milyarda əhali sayına çatmaq üçün 200 000 il lazım olmuşdusa, növbəti 6 milyard artım cəmi 200 ildə baş verib.
Böyük əhali sayı yer resurslarının tükənməsi və planetin məhvi ehtimalını daha da artırır. Hal-hazırda artıq meşələrin kəsilməsi və qlobal istiləşmə səbəbindən tropik və subtropik zolaqlarda quşların və digər heyvanların kütləvi məhvi müşahidə olunur.