Keçid linkləri

Təcili xəbərlər

Özübağlanan Nike ayaqqabıları bazara çıxır


Nike HyperAdapt 1.0
Nike HyperAdapt 1.0

“Gələcəyə dönüş” filmi əsasında hazırlanan idman ayaqqabısı bu yaxınlarda ABŞ-da satışa çıxır.

“Ayaqqıbını geyindyiniz zaman onun bağları avtomatik şəkildə sıxılır”, deyə Nike-ın baş mütəxəssisi bu ilin Mart ayında ayaqqabıları təqdim edərkən qeyd edib. “Ayaqqabılarda iki düymə də var ki, onlar vasitəsilə ayaqqabı bağını daralda və ya genişləndirə bilərsiniz”.

Buna da bax: Facebook yalan xəbərlərə qarşı

Avtomatik bağı olan Nike HyperAdapt 1.0 idman ayaqqabılarını 28 Noyabrdan etibarən ABŞ-da, 720 dollara almaq mümkün olacaq.

Nike şirkətinin təsdiq etdiyi məlumata görə, yeniliyi ilk almaq şansına Nike+ icmasına aid “kiçik” bir çevrənin istifadəçiləri malik olacaqlar. Ayaqqabıları “Reserved for You” proqramı vasitəsilə sifariş vermək olacaq.

Bir az sonra isə Nike HyperAdapt 1 dekabr tarixində, Nyu-Yorkda iki mağazada satışa çıxarılacaq. Maraqlısı isə odur ki, mağazaların ünvanı hələ də elan edilməyib.

Ən son yazılan

XS
SM
MD
LG