Keçid linkləri

Təcili xəbərlər

Müsəlmanlara faydalı smartfon hazırlanıb


Rusiya elekronika istehsalçısı “BQ” şirkəti müsəlmanlar üçün faydalı ola biləcək yeni smartfonunu tanıdıb.

“Belief” (İnanc) adlanan model ibadət edən insanlara özəl funksiyalara sahibdir.

İstehsalçılar iddia edirlər ki, smartfon olduğunuz yerə müvafiq namaz vaxtlarını dəqiqliklə göstərir, bu vaxtlarda azanla istifadəçiyə bildiriş verir.

Cihaz halal menyu təklif edən restoranları, ən yaxın məscidi də tapmağa kömək edir.

Smartfonda həm yazılı, həm də səsli formada “Qurani-Kərim” var. Ayələri asanlıqla Facebook və ya Twitter-də paylaşmaq, e-mail-lə göndərmək olar.

Cihazın ekran ölçüsü 5 düymdür. Onun 8 meqapiksellik əsas, 5 meqapiksellik ön kamerası, 8 GB daxili yaddaşı var. Yaddaşı microSD kartla 128 GB-a qədər artırmaq olar.

Ən son yazılan

XS
SM
MD
LG