Keçid linkləri

Ekspertlər hesab edirlər ki, insanın təvəllüdü onun qripin konkret ştamlarına yoluxma riski barədə proqnoz verməyə imkan verir. Qripə qarşı immunitet anadangəlmə ola bilər.

Məlum olub ki, 1968-ci ilə qədər doğulmuş insanlar qripin yalnız müəyyən ştamlarına yoluxmaq riskinə məruz qalırlar.

Arizona Universiteti və Kaliforniya Universitetinin alimləri öz yeni tədqiqatları çərçivəsində Asiya və Yaxın Şərq sakinləri barədə məlumatları təhlil ediblər. Məlum olub ki, 1968-ci ilə qədər doğulmuş insanlar qripin yalnız müəyyən ştamlarına yoluxmaq riskinə məruz qalırlar. Ancaq bu xəstəliyin digər ştamlarına qarşı demək olar ki, həssas olmurlar.

Əldə olunmuş nəticələrin sayəsində mütəxəssislər epidemiya zamanı məhz hansı sosial qrupların konkret ştamlara yoluxma riskinə məruz qaldığını təyin edə biləcəklər.

Alimlərin sözlərinə görə, əvvəllər hesab edilirdi ki, insanın immuniteti qripin yeni yayılmış hər hansı yeni növünə qarşı müdafiəsizdir. Yeni nəticələrsə bunun əksini göstərir: bir çox insanlar əslində qripin konkret ştamlarına qarşı immunitetə malikdirlər. Bu ştamlar heyvanlar tərəfindən yayılır. Heyvanlarınsa orqanizminin müdafiə reaksiyasının mexanizmi insanlarda uşaq vaxtı yaranan immunitetlə oxşardır.

Məsələn, H5N1 virusu uşaqlar və gənclər üçün daha təhlükəlidir. H7N9 ştamı isə, əksinə, yaşlı insanlara yoluxur. Ancaq indiyə qədər bunun səbəbi bilinmirdi.

Bundan əvvəl alimlər qripin müəyyən növlərinin insanların müəyyən qruplarına təsir etdiyini aşkar etmişdilər. Məsələn, H5N1 virusu uşaqlar və gənclər üçün daha təhlükəlidir. H7N9 ştamı isə, əksinə, yaşlı insanlara yoluxur. Ancaq indiyə qədər bunun səbəbini bilinmirdi.

"Hətta 2009-cu ilin H1N1 (donuz qripi) kimi nisbətən zəif, mülayim qrip pandemiyası belə trilyon dollara başa gələ bilər. 1918-ci ildə gördüyümüz hala (Avropada milyonlarla insanın həyatına son qoymuş məşhur "ispan qripi") oxşar böyük pandemiyalarsa çox sayda insanı qıraraq dünya iqtisadiyyatını dondurmaq potensialına malikdir", - Arizona Universitetinin Ekologiya və Təkamül Biologiyası kafedrasının müdiri Maykl Uorobey (Michael Worobey) deyir.

Alimlər öz tədqiqatlarında əsasən quşların yaydığı A ("quş qripi") viruslarını, H5N1 və H7N9 ştamlarını tədqiq ediblər. Onların hər biri dəfələrlə insanlarda çox ağır hallara və ölümlərə səbəb olub. Bu ştamlar beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, müəyyən məqamda onlar mutasiyaya məruz qalaraq nəinki birbaşa quşdan insana keçə, hətta insanlar arasında çox sürətlə yayıla bilər.

Alimlər bu iki ştamdan qaynaqlanan hər bir xəstəlik halını ayrı-ayrılıqda araşdıraraq aşkar ediblər ki, insan ilk dəfə hansı ağır ştama yoluxursa, onda o ştama qarşı ömürlük immunitet formalaşır.

A tipli qripin 18 növünün hamısı heyvan, əsasən də quş orqanizmlərində var. Ancaq onlardan yalnız üçü - H1, H2 və H3 son 100 il ərzində insana keçib. 18 növdən hansının heyvandan insana keçərək növbəti pandemiyaya səbəb olacağını və onun əsasən hansı sosial qrupu risk altına alacağını proqnozlaşdırmağın yolu bugünə qədər məlum deyil.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG