Keçid linkləri

Təcili xəbərlər

Xoşqədəmin adı ilə...


Xoşqədəm Hidayətqızı
Xoşqədəm Hidayətqızı

Məlum kadrlara baxandan sonra yadıma alman rejissoru Hans Vaynharterin 2007-ci ildə çəkdiyi “Beynini təmizlə” filmi düşdü. Filmin qəhrəmanı Rayner məşhur teleşoular prodüseridir. Onun şoularının birinin qurbanı olub intihar etmiş bir qocanın nəvəsi Rayneri güllələmək üçün gəlir amma maşınlar toqquşur və nəticədə Rayner yaralanır.

Müğənni Faiq Ağayev bıçaqlananda Şahvələd Çobanoğlu yazmışdi ki, onu bıçaqlayanlar Faiq Ağayevin mahnıları ilə yetişən gənclərdir.

Reanimasiya müddətində Rayner yuxusunda ancaq realiti şoular görür. Bu şoularda onun özünü səhnəyə çıxardıb öldürmək istəyir, bunun üçün zalda oturmuş tamaşaçılar arasında səsvermə keçirirlər. Başlarının yerində donuz, meymun başları gəzdirən zombiləşmiş kütlə bütün yuxularda Raynerin öldürülməsinə səs verir.

Müğənni Faiq Ağayev bıçaqlananda Şahvələd Çobanoğlu yazmışdi ki, onu bıçaqlayanlar Faiq Ağayevin mahnıları ilə yetişən gənclərdir. Hə, bir də məlum və məşum Balabanovun “Qruz 200” filminin dəhşətlərindən yola çıxıb, iddia edə bilərik ki, istər siyasi rejim olsun, istər zəhmətkeş üzərində ağalıq edəb sahibkar, istər xəstəyə yanlış dərman yazan, onun qanın soran həkim, istərsə də nəhayət şou, hamı öz qatilini özü yetişdirir.

Bu baxımdan, Xoşqədəm Hidayətqızının şousunda tamaşaçılara yalan söyləməkdən tutmuş, iştirakçıya ayağa qalxmasın deyə dərman yeritmək qədər cinayət tərkibli qəddarlıq – bütün pisliklərin bir gün bu şounu aparanların da başında çatlayacağı gözlənilən idi. Nədən ki, o kadrlar havadan gəlib Meydan.TV-yə çıxmamışdı. Bu kadrları məqsədli şəkildə ora göndərənlər kim idi ki? Ya o pislikləri görənlər, orda iştirak edənlər, ya istifadə olunub atılanlar, ya daimi saxtakarlıqdan bezənlər, ya da o verilişə işi düşüb, amma işinin həlli üçün pul ödəməli olanlar – hər kim idisə, o kadrları göndərən o qazanda qaynayanlardan idi.

Axı, məsələ verilişin aparıcısını qınamaq və bütün günahları ona yükləmək qədər sadə deyil. Doğrudur, onun günah payı şəksizdir və dəhşətlidir, amma bu iyrənc şounun sahibi doğrudan da o deyil...

Xoşqədəmi söyənlərin çoxu isə elə onun verilişinin daimi tamaşaçıları idi. Ucuz və bəsit şoularla zombiləşdirilmiş, beyni yuyulmuş, bəsirət gözü çıxarılmış kütlə. Elə Xoşqədəm xanımın şouları sayəsində yetişmiş və hərdən parçalamağa qurban axtaran kütlə...

Axı, məsələ verilişin aparıcısını qınamaq və bütün günahları ona yükləmək qədər sadə deyil. Doğrudur, onun günah payı şəksizdir və dəhşətlidir, amma bu iyrənc şounun sahibi doğrudan da o deyil. Heç kanal rəhbərliyi də deyil. Bu şounun pərdəarxası əslində ölkənin necə idarə olunması şousunun pərdəarxasının kiçik və daha bəsit modelidir. Yalnız bu şoudakı kimi idarə olunan ölkədə belə verilişlər çəkmək mümkündür. Çünki ölkə belə idarə olunmasaydı, heç bir həkim ən azından Səhiyyə Nazirliyinin, öz işini itirməyin, peşəsinə bir daha yaxın dura bilməməyin qorxusundan aparıcıya deyə bilməzdi ki, kişiyə yarım kub iynə vuraq, ayağa qalxa bilməsin. Ölkə belə idarə olunmasaydı, heç bir telekanal belə cinayət eləməzdi, heç bir aparıcı bu cinayətə şərik olmazdı.

Təsəvvür edin ki, bir verilişdə insan həyatı bu qədər ucuzdursa, insan həyatı ilə oynamaq bu qədər adi bir işdirsə, insanın səhhəti ilə istədiyin kimi rəftar eləmək bu qədər təhlükəsizdirsə, görün indi orduda, polisdə və digər yerlərdə gözdən qıraqda insanlarla necə rəftar olunur. Təsəvvür edin, həkim cinayətə şərikliyə bu qədər adi baxırsa, görün indi polis nə edir, zabit nə edir, məmur nə edir...

Bir gün ölkənin bütün strukturlarında, nazirliklərində problemlərimizin necə həll olunmasının pərdəarxası görüntüləri üzə çıxsa, əsl dəhşət onda olacaq.

Məmurun nə etdiyini təsəvvür etmək elə də çətin deyil, Cəbrayıl rayonunun icra başçısı rayon sakininə G...tünə ağac soxaram! deyib, polis nəfərinə

  • Bunu apar, bas içəri! –deyəndən sonra az-çox təsəvürlərimiz yaranmalıydı ki, məmurlar insanlarla necə rəftar edir.

Bir gün ölkənin bütün strukturlarında, nazirliklərində problemlərimizin necə həll olunmasının pərdəarxası görüntüləri üzə çıxsa, əsl dəhşət onda olacaq. Bir gün yediklərimizin, geydiklərimizin, qəbul elədiyimiz dərmanların necə hazırlanması, hardan və necə gətirilməsi və daha nələri bilsək, ürəyimiz partlayacaq. Onda heç qəzəbimizi, hiddətimizi tökməyə nə gücümüz, nə də cəsarətimiz çatacaq.

Ağlımız Xoşqədəmə getməsin, onu söyməyə nə var ki...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG