Keçid linkləri

Təcili xəbərlər

Yenidən hərbi ritorikaya doğru...


DİPLOMATLAR BİR SÖZ DEYİR, PREZİDENTLƏR İSƏ BAŞQA...

Əslində Dağlıq Qarabağ problemi kontekstində hərbi ritorika yenilik deyil. İstər rəsmi Bakı olsun, istərsə də Yerevan, hər ikisi vaxtaşırı, imkan düşdükcə hədə-qorxu gəlməyi sevirlər.

Təəccüblüsü budur ki, bu il Qarabağ probleminin həllində ciddi bir dönüşün olacağı vəd edilirdi. Düzdür, yazın son ayından başlayan diplomatik proses bir müddət səngidi – Türkiyədə baş verən siyasi olaylar, eləcə də Ermənistanda polis-patrul binasının ələ keçirilməsilə yaşanan insident bir müddət nəinki diplomatların, hətta adi insanların da diqqətini fərqli istiqamətə yönəltdi.

Fəqət, Dekabra cəmi yarım ay qalsa da, üstəlik, diplomatlar prezidentlərin Dekabrın ilk günlərində Hamburqda görüşüşəcəklərini təkidlə iddia etsələr də, Azərbaycanda və Ermənistanda tamam başqa proseslər gedir.

Amma bir neçə aylıq “diplomatik pauza”dan sonra oktyabr ayında yenidən bölgəyə səfər edən Minsk Qrupunun həmsədrləri Dekabrda bir daha prezidentləri görüşdürməyə çalışacaqlarını bildirdilər.

Fəqət, Dekabra cəmi yarım ay qalsa da, üstəlik, diplomatlar prezidentlərin Dekabrın ilk günlərində Hamburqda görüşüşəcəklərini təkidlə iddia etsələr də, Azərbaycanda və Ermənistanda tamam başqa proseslər gedir.

Bu günlərdə Rusiya ilə Ermənistanın birgə hərbi hissələr yaratmaq istədikləri haqqında xəbərlər yayıldı. Bakı isə irimiqyaslı hərbi təlimlərə start verdi. Üstəlik, Azərbaycan prezidenti ötən həftə hərbçilərlə görüşündə bundan sonra da uğurlu hərbi əməliyyatların olacağını dedi...

KİMDƏN HESAB SORUŞASAN?..

Niyə belə olur? Niyə problem, lap fizikada deyildiyi kimi, “stoxasitik attraktorlar” kimi hərlənib-fırlanıb, axırda da bir nöqtəyə - diplomatik dalana dirənir? Niyə görə artıq indidən siyasi təhlilçilər Hamburq görüşü haqda azacıq da olsa, nikbin notlarda danışmırlar?

Problemin qəlizliyi ondadır ki, suallar çoxdur. Amma onları kimə ünvanlayacağını bilmirsən. Otuz ilə yaxın vaxt keçib! Bu illər ərzində səslənən suallardan bəlkə də bir kitab tərtib etmək olardı...

Amma Azərbaycan hakimiyyətinin 23 ildə apardığı siyasət də elə ona yönəlib ki, heç kim ondan hesab soruşmaq iqtidarında olmasın. Bu gün nə müxlaifət, nə də cəmiyyət buna qadir deyil.

Başqa yerlərdə ölkə təcavüzə məruz qalırsa, insanlar öz yurd-yuvalarından didərgin düşürsə və bu təcavüzə on illərlə son qoyulmursa, insanlar bunun hesabını ilk növbədə öz hakimiyyətlərindən soruşurlar.

Amma Azərbaycan hakimiyyətinin 23 ildə apardığı siyasət də elə ona yönəlib ki, heç kim ondan hesab soruşmaq iqtidarında olmasın. Bu gün nə müxlaifət, nə də cəmiyyət buna qadir deyil.

Hesabat bir tərəfə, hakimiyyət hətta vətəndaşlarını məlumatlandırmağı belə vacib bilmir.

Bəlkə də çox təəccüblü görünəcək, amma Azərbaycanın siyasi təhlilçiləri, siyasi və ictimai fəalları Qarabağ prosesilə bağlı fikirlərini daha çox Rusiya mənbələrindən, bəzən də Ermənistan siyasətçilərinin açıqlamalarından öyrənə bilirlər.

Bu illər ərzində Azərbaycan parlamentində Dağlıq Qarabağla bağlı cəmi bircə dinləmə yadımda qalıb. O, da 90-cı illərdə olmuşdu...

Buna da bax: Dünyanın biri-birinə bənzəyən hakimiyyətləri...

Ermənistanda isə bu cür müzakirələr bəlkə də hər il olur. Demirəm ki, Dağlıq Qarabağ problemi Azərbaycan parlamentində müzakirə edilsə hər şey tamam dəyişəcək. Amma niyə də yox?.. Bu, ən azı hakimiyyətin hesabatlılığının və məsuliyyətinin göstəricisi ola bilərdi. Axı hakimiyyət, heç olmasa, on ildə bircə dəfə olsun cəmiyyətə hesabat verməyi düşünməlidir.

Əslində belə hesabat parlament və da prezident seçkiləri vaxtında da baş verə bilərdi. Amma Azərbaycanda seçkilər və debatların necə keçdiyi hamıya yaxşı bəllidir...

AÇAR VAR, QIFIL TAPILMIR...

Digər “cavab soruşulası ünvan” qismində qonşu Rusiyanı götürmək olardı. Düzdür, indi daha o vaxtlar deyil ki, bütün məsələlərin həllini Moskvadan gözləyəsən. Deyirlər Azərbaycan da, Rusiya da ayrı-ayrı, müstəqil dövlətlərdir...

Fəqət, Rusiya çoxdan de-fakto olaraq bu bölgəni öz maraq sferası elan edib. Rusiyalı diplomatlar da hər dəfə bildirirlər ki, Qarabağ probleminin həllinin açarı başqa yerdə yox, məhz Kremldədir...

Rəsmi Bakı ilə Moskva arasından, necə deyərlər, su da keçmir, hakimiyyətlər arasında çox isti münasibətlər var. Di gəl, bu istilik Qarabağ probleminin az qala otuz illik buzunu əridə bilmir ki, bilmir...

İnsanlar da vaxtaşırı rusiyalı diplomatların bu cür bəyanatlarından ümidə qapılır və düşünürlər ki, Rusiya gec-tez problemi həll edəcək.

Amma reallıqda nə baş verir? Rəsmi Bakı ilə Moskva arasından, necə deyərlər, su da keçmir, hakimiyyətlər arasında çox isti münasibətlər var. Di gəl, bu istilik Qarabağ probleminin az qala otuz illik buzunu əridə bilmir ki, bilmir...

Bir də görüsən, Rusiya qəfil “hərəkətə” gəlir, guya Qarabağ problemini həll etmək istəyir. Digər həmsədrlər də bunu görüb dərhal tərpənməyə başlayırlar ki, biz də prosesə impuls vermək niyyətindəyik.

Beləcə, bir-iki “diplomatik raund” olur. Amma heç bir nəticə əldə olunmur. Rusiyalı diplomatlar başlayır ki, bəs tərəfləri sülhə razı salmaq mümkün olmadı. Ermənistan prezidenti sülh sazişinə “hə” deməyə qorxdu, ictimai etirazlardan çəkindi və yaxud da ki, sazişdəki hansısa bir məqam Azərbaycan tərəfini qane etmədi...

Buna da bax: Susanların mükafatı...

Hər dəfə belə olur... Bu il də istisna olmadı. Əvvəlcə nələr demirdilər? Guya ilk beş rayon bu il qaytarılmalı, Türkiyə də nizamlanma prosesinə cəlb olunmalı, hətta problemi müzakirə etmək üçün həmsədrlər Ankaraya da yollanmalı idilər!...

İndi sanki bunların heç biri yox imiş... Bir tərəfdən Hamburqda baş tutacaq görüşdən dəm vurulur, digər tərəfdən də Rusiya vədlərini tamamilə unudaraq, özünün Ermənistanla hərbi ittifaqına hər ay bir çalar gətirir. Cəmi iki ay əvvəl Yerevanda məşhur “İsgəndər”lər nümayiş etdirildi, indisə iki ölkənin birgə hərbi hissələr yaratmaqda qərarlı olması bəlli olur...

RUSİYANIN MİN OYUNU VAR, HAMISI DA...

Bəs onda nə baş verir? Rusiya nədən vaxtaşırı Qarabağ problemini həll etməyə həvəsə düşüb, sonra elə özü prosesi pozmağa başlayır? Bu, nədir – adi “diplomatik şıltaqlıq”, yoxsa hansısa bir geosiyasi işarə?..

Hələ yazın son aylarında, rəsmi Bakı böyük bir eyforiya yaşayarkən yazırdım ki, Rusiya qəti siyasi filantropiya ilə məşğul olmaz. Rayonların qaytarılması müqabilində ya bölgəyə özünün sülhməramlılarını gətirmək istəyəcək, ya da Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İttifaqına üzv olmağa dəvət edəcək.

İndi də düşünürəm ki, ilin əvvəlindəki böyük ümidlərin boşa çıxmasının bir səbəbi var: bu müstəvidə hələ ki, Azərbaycanla Rusiyanın “danışığ”ı alınmır...

İndi də düşünürəm ki, ilin əvvəlindəki böyük ümidlərin boşa çıxmasının bir səbəbi var: bu müstəvidə hələ ki, Azərbaycanla Rusiyanın “danışığ”ı alınmır... Düzdür, cəmi bir neçə ay əvvəl tərəflərin müzakirəsinə verilən Dağlıq Qarabağ üçün “aralıq status”un nə Bakını, nə də ki, Yerevanı qane etmədiyini də səbəb kimi göstərənlər də az deyil və sözsüz ki, bu iddialarda da məntiq var...

Rusiya Azərbaycanın öz ərazi bütövlüyü ilə bağlı ədalətli tələbini tanıdığını göstərsəydi, o vaxt yeni təkliflər paketini qəbul etmək üçün Ermənistana müəyyən qədər təzyiq edərdi. Daha durub orada raketlər nümayiş etdirməz və hərbi hissələr qurmazdı...

Son detallar onu deməyə əsas verir ki, Rusiya Ermənistana yox, əksinə, Azərbaycana təzyiq edir.

Bu təzyiq isə KTMT və Avrasiya İttifaqına qoşulmaqla, sülhməramlılarla bağlı, yaxud da Dağlıq Qarabağ üçün nəzərdə tutulan “aralıq statusu” Bakıya qəbul etdirmək məqsədilə ola bilər. Xüsusən də son məqam – “aralıq status” məsələsi çox mühümdür. Məsələ bundadır ki, rəsmi Bakı “aralıq status”un da Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etməsini və aralıq mərhələdə də Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını israr edirdi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG