Keçid linkləri

Bəzi insanlarda ürək-damar xəstəliklərinə irsi meyllilik var. Ancaq sağlam həyat tərzi – fiziki aktivlik, siqaretdən imtina və düzgün qidalanma, meyvə, tərəvəz, qoz-fındıq və dənlərdən ibarət sağlam qida rasionu, hətta ən ciddi irsi meyllilik hallarında belə, bu riski azaltmağa kömək edir. ABŞ və İsveçdən olan bir qrup alim 55000 nəfərin iştirakı ilə keçirilmiş 4 tədqiqatın nəticələrini təhlil edib.

2 tədqiqatın iştirakçıları üzərində 20 il müşahidə aparılıb. Alimlər müəyyən ediblər ki, ürək-damar xəstəliklərinə irsi meylli olan könüllülərdə bu xəstəliklərə tutulma riski digər iştirakçılara isbətən iki dəfə çox olub.

Buna da bax: Gündə bir bokal pivə insult riskini azalda bilər

Ancaq sağlam həyat tərzi bu iştirakçıların ürək və damar xəstəliklərinə tutulma riskini iki dəfə azaldıb. Genetik meylli könüllülər qrupunda ürək tutması və digər ürək və damar problemlərinin riski 10 il ərzində 10% təşkil edib. Bu qrupdan olan, lakin sağlam həyat tərzi sürən insanlarda bu risk 5%-ə bərabər olub. Bu göstərici ürək-damar xəstəliklərinə genetik meyli olmayan iştirakçıların bu xəstəliklərə tutulma riskinə bərabərdir.

Massaçusets Ümumi Xəstəxanasının İnsan Gentikasının Araşdırılması Mərkəzinin direktoru Sekar Kathiresan və həmkarlarının apardığı bu tədqiqat genlərin və həyat tərzinin ürək xəstəliklərinə təsirini araşdıran ən böyük tədqiqatdır.

Dünyada hər il 17,3 milyona qədər insan koronar ürək xəstəliyindən vəfat edir və ürək xəstəlikləri ən mühüm ölüm səbəblərindən biri olaraq qalmaqdadır.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG