Keçid linkləri

Populyar söhbətləşmə proqramı WhatsApp çoxdan gözlənilən yeniliyini – video zəng xidmətini istifadəyə verib.

Bu barədə proqramın rəsmi bloqunda xəbər verilir.

Xidmət bildirir ki, istifadəçilər il boyu bu yeniliyin əlavə edilməsi üçün çoxsaylı istəklər yollayıb.

Bir neçə günə proqramın bir milyondan artıq istifadəçisi bir-biriləriylə görüntülü danışa biləcəklər.

Buna da bax: Müsəlmanlara faydalı smartfon hazırlanıb

Məlumatda yeniliyin əhəmiyyəti bu cür vurğulanır: "Bəzən yazmaq və ya səsli danışmaq yetmir. Nəvənin ilk addımlarını izləməkdən, xaricdə təhsil alan övladının üzünü görməkdən yaxşı nə ola bilər?!"

WhatsApp bildirir ki, video zəngi təkcə bahalı telefonları olanlara, yüksək sürətli internet istifadəçilərinə deyil, hər kəsə çatımlı etmək istəyir.

Xidmətin Skype, Apple Facetime kimi video zəng proqramlarına ciddi rəqib olacağı gözlənilir.

Ən son yazılan

XS
SM
MD
LG