İlon Maskın SpaceX şirkəti interneti bütün dünyaya yaymaq məqsədilə 4425 ədəd peyki orbitə göndərmək üçün ABŞ-ın Federal Kommunikasiya Kommisiyasından icazə istəyib.
SpaceX-ın planlarına görə, hər birinin çəkisi 386 kq olan peyklər orbitdən 1110-1325 kilometr yüksəkliyində yerləşdiriləcəklər. Peyklər Yerin istənilən nöqtəsini internetlə təmin edəcək. İnternet saniyədə 1 Gb sürətində, 25-35 ms gecikmə ilə işləyəcək.
Buna da bax: WhatsApp video zənglər də əlavə etdi
Peyklər adaptiv şəbəkə şəklində, yəni boş kanalları aktiv istifadəçilərin sahələrinə yönləndirərək fəaliyyət göstərəcəklər.
Layihənin reallaşdırılıcağı tarix hələ məlum deyil. İlk mərhələ olaraq, şirkət 800 ədəd peyki buraxmağı planlaşdırır, bu isə ABŞ-ın bütün sahəsini əhatə edir.
Avadanlıqların işləmə müddəti 5 ildən 7 ilə qədərdir. İstifadə müddəti bitdikdən sonra avadanlıqlar orbitdən çıxaraq atmosferdə yanacaq.
Hazırda orbitdə fəaliyyətdə olan 1400 ədəd peyk var.
SpaceX şirkəti 2002-ci ildə PayPal ödəniş sisteminin təsisçisi olan İlon Mask tərəfindən yaradılıb. Şirkət bir neçə seriyalı raket-daşıyıcların təchizçisi və kosmik sistemlərin kommersiya operatoru olan özəl bir şirkətdir. Onun raketləri öz fəaliyyəti dövründə bir neçə dəfə uğurla eniş edib.
Lakin şirkətin böyük bir itkisi də olub. Bu ilin sentyabr ayında baş verən qəza nəticəsində 62 milyon ABŞ dollar dəyərində olan Falkon 9 raket-daşıyıcısı və 200 milyon dollarlıq İsrailin kommunikasiya peykini sıradan çıxarandan sonra SpaceX raket buraxılışını müvəqqəti olaraq dayandırıb. Şirkət ümid edir ki, növbəti aydan etibarən uçuşları yenidən bərpa edəcək.