Rusların təxminən üçdə ikisi (60%) internetdə senzuranı zəruri sayır, rəyi soruşulanların cəmi 25%-i bu fikrin əleyhinədir. Bu mövzuda keçirilən rəy sorğusunun nəticələrindən “İnterfaks” agentliyi yazır.
Respondentlərin 32%-i düşünür ki, müəyyən saytlara girişin qadağan edilməsindən vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq, insan hüquq və azadlıqlarının pozulması üçün istifadə oluna bilər. Fikri soruşulanların 44%-i isə bunun əksini düşünür.
Sorğunun nəticələrinə görə, rusların hər ikincisi gələcəkdə internetin qəzeti, radionu, televiziyanı əvəz edə biləcəyinə şübhə edir, üçdə biri (31%) isə əksinə inanır.
Buna da bax: WhatsApp video zənglər də əlavə etdi
Mövcud televiziya kanallarının ölkədəki hadisələr haqqında yaydıqları məlumatlara təxminən rusların 90%-i etibar edir, 7% isə güvənmir. İnternetdən aldıqları anoloji məlumatlara rəyi soruşulanların 73%-i inanır, 10% şübhə edir, 18% isə bu suala cavab verməyə çətinlik çəkir.
Medianın insanların diqqətini əhəmiyyətli hadisələrdən yayındırıb, ikinci dərəcəli məsələlərə yönəltməsi fikrinə rəyi soruşulanların 44%-i müsbət, 43%-i mənfi cavab verib.
Respondentlərin 35%-i hesab edir ki, mətbuat yalan məlumatlarla onları aldadır, 49 % isə belə düşünmür.