Keçid linkləri

Təcili xəbərlər

Yerin daha bir bənzəri tapılıb


Qeyd edilir ki, bu nəhəng ölçülü kosmik cism Yerdən 33 işıq ili məsafəsində yerləşir və Qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Alimlər Yer kürəsindən 5,4 dəfə böyük olan bu planetə "GJ 536 b" adını veriblər.

Alimlərin sözlərinə görə, yeni kəşf olunmuş planetin səthi qayalıqdır. Onun ətrafında dövr etdiyi ulduz o qədər parlaqdır ki, eyni zamanda planetin həm şimal, həm də cənub yarımkürəsindən görünür.

Planet öz ulduzunun ətrafında qısa orbitlə dövr edir. Bir dövrə cəmi 8,7 gündür.

Alimlər ulduzu bizim Günəşdən kiçik və daha soyuq, lakin kifayət qədər yaxın və parlaq olan bu planetin atmosfer tərkibinin araşdırılmaq üçün çox maraqlı olduğunu deyirlər.

Buna da bax: Marsda daimi yaşayış məskəni yaxın illərdə yarana bilər

Kanar adaları Astrofiika İnstitutunun tədqiqatçısı, araşdırmanın baş müəllifi olan Alexandro Suarez Maskareno (Alejandro Suárez Mascareño) qeyd edib ki, səthi qayalıq olan planetlərə əsasən ulduz qruplarında rast gəlinir. Buna görə də, aşkar edilmiş planetdən daha uzaq orbitlərdə digər ekzoplanetlərin də mövcud olduğu ehtimal olunur.

"Biz bu yeni eksoplanetin radius və orta sıxlığını təyin etmək məqsədilə onun hərəkətini monitorinq etmək üçün proqram hazırlayırıq", - alim deyir.

Planetin orbiti ulduza çox yaxın məsafədə yerləşdiyindən burada maye formasında suyun mövcud olması istisna edilir. Ancaq alimlər planetin həyatı dəstəkləyə biləcək bəzi xüsusiyyətlərinin olduğunu deyirlər.

Ən son yazılan

XS
SM
MD
LG