Keçid linkləri

Təcili xəbərlər

51 nəfər gələcəkdə "dirilmək" üçün dondurulub


Rusiyada "Kriorus" şirkətinin təklif etdiyi krionika xidmətlərindən artıq 51 nəfər istifadə edib. Onlardan 13-ü əcnbilərdir. Daha 200 nəfər xidmətdən istifadəyə dair müqavilə imzalayıblar.

Rusiya mütəxəssislərinin kriogen konservasiya üsulu ilə dondurduğu 51 şəxsin bədəni bu vəziyyətdə texnoloji inkişafın müəyyən səviyyəyə çatmasını gözləyəcək.

Dondurulmaq istəyən şəxslər arasında bir balaruslu, üç ukraynalı, iki italyan da var. Digər əcənəbilərin Avstraliya, Estoniya, Yaponiya, Niderland və İsveçrədən olduğu bildirilir.

Dondurulmaq üçün əvvəlcədən müqavilə imzalayanlar arasında britaniyalılar, danimarkalılar, ukraynalılar və belaruslar var.

Buna da bax: Revmatizmli analar diqqət etməlidir

Krionika nəzəriyyəsi Amerika alimi Robert Ettingerin 1964-cü ildə çıxmış "Ölməzlik perspektivləri" adlı kitabından qaynaqlanır. Ettinger 1976-cı ildə xüsusi institut yaradaraq, ilk pasientlətini dondurub. Alimin özü 2011-ci ildə vəfat edəndə onun da bədəni dərin dondurmaya məruz qoyulub. Ettingerin bədəni Amerikada "yenidən dirildilmək" üçün növbədə 106-cıdır. Rusiyada insanın ilk dondurulması 2003-cü ildə həyata keçirilib.

"KrioRus" şirkətinin saytında qeyd edilir ki, krionika "ölmüş insanların və heyvanların son dərəcə yüksək temperatirlarda qorunub saxlanmasına xidmət edən, real mövcud olan, elmi cəhətdən əsaslandırılmış, qanuni prosedurdur". Krionikanın məqsədi insanları və heyvanları donduraraq saxlamaq, gələcəkdə diriltmək (reanimasiya etmək), onların xəstəliklərini müalicə etmək və ehtiyac olarsa onları cavanlaşdırmaqdır.

Dondurulmuş bədənləri saxlamaq üçün"KrioRus"un özünün xüsusi yeri var. "Biz 2003-cü ildən işləyirik. Bu günə artıq 200-ə qədər insan bizimlə krionika barədə müqavilə imzalayıb. Hazırda krioqorunan pasientlərimizin sayı 51, heyvanlarınsa sayı 20-dir", deyə şirkətin materiallarında qeyd edilir.

Rusiya daha yaxşı zamanları göləmək üçün dondurulma imkanının mövcud olduğu ilk ölkə deyil. Bu xidmətin dəyəri on minlərlə dollardır. Adətən bu xidmətdən ölümcül xəstəliyə tutulmuş insanlar yararlanır. Belə xəstələr tibbin inkişaf səviyyəsinin onları müalicə etməyə qadir olduğu zamanlarda "dirildilməyə" ümid edirlər.

Bu yaxınlarda KİV-lər sağalmaz xəstəliyə tutulmuş 14 yaşlı britaniyalı qızın bədəninin dondurulması üçün məhkəmə qərarına nail olması barədə xəbər yaymışdılar.

XS
SM
MD
LG