Keçid linkləri

Təcili xəbərlər

Meymun etnik qırğına səbəb oldu


Liviyanın Sabha şəhərində meymunla bağlı insidentə görə başlanmış toqquşmada azı 20 nəfərin həlak olduğu xəbər verilir.

Deyilənlərə görə əl meymunu bir məktəbli qıza hücum edib və qızın ailəsi qisas zəminində meymunu, onun sahibini və daha iki gənc adamı qətlə yetirib.

Bunun ardınca Avlad Süleyman və Gedadfa tayfaları arasında baş verən qanlı toqquşmada azı 20 nəfərin həlak olduğunu səhiyyə orqanları xəbər veriblər.

Ölü sayının artması gözlənilir, çünki hələlik yalnız Avlad Süleyman tayfasından ölənlərə aid rəqəm verilib.

Meymunla birlıikdə olan üç nəfər Gedadfa tayfasının adamları olublar. Mərhum Liviya lideri Müəmmar Qəddafi də bu tayfadan idi.

Şahidlərdən alınan məlumata görə meymun qızın baş örtüyünü qapıb, üzünü cırmaqlayıb və onu dişləyib.

Bu iki tayfa arasında münasibətlər artıq uzun illərdir ki, meymunsuz da ürəkaçan olmayıb.

Sabha şəhərinə gəlincə isə bura Liviyanın əsas miqrant və silah qaçaqmalçılığı qovşağıdır.

Ən son yazılan

XS
SM
MD
LG