Keçid linkləri

Təcili xəbərlər

Kosmosdan 360-dərəcəlik ilk video


Beynəlxalq Kosmik Stansiya (ISS) internet istifadəçiləri üçün kosmik gəmidə 360 dərəcəlik video çəkib. İzləyicilər özlərini virtual olaraq kosmosda hiss edə bilərlər.

Video “Kosmos 360” layihəsi çərçivəsində hazırlanıb. Bu, orbitdə, çəkisizlik mühitində gerçəkləşdirilən ilk panorama çəkilişdir. Video-rolikdə kosmonavt Andrey Borisenko çəkilib.

Borisenko kosmik stansiyada hərəkət edir və stansiyanın daxili quruluşu haqqında danışır.

YouTube-un da dəstəklədiyi 360- dərəcəlik video texnologiyası imkan verir ki, izləyici maraqlı hissələri seçib görüntünü özü döndərsin.

Bənzərsiz görüntülər izləyənləri qısa müddətdə olsa da, Beynəlxalq Kosmik Stansiyaya vizual səyahət etdirir, onlar özlərini kosmonavt kimi hiss edirlər.

Buna da bax: Yerin daha bir bənzəri tapılıb

Videoya rus, ingilis, ispan, fransız, alman və ərəb dillərində baxmaq olar. Bəzi məlumatlara görə, ISS bu tip videoların davamını planlaşdırır.

“Kosmos 360” layihəsi Rusiyanın dövlət şirkəti “Roskosmos”, raket-kosmik şirkəti “Enerji” və RT kanalı ilə birgə gerçəkləşdirilir.

Ən son yazılan

XS
SM
MD
LG