Keçid linkləri

Təcili xəbərlər

Bədbinlik ürək xəstəliyi riskini artırır


Bədbin adamlar digər insanlara nisbətən 2,2 dəfə daha çox ürəyin işemik xəstəliyindən ölürlər. Finlandiya alimləri bu barədə "BMC Public Health" jurnalında yazıblar.

Alimlər 11 il ərzində yaşlı insanlarda pessimizmlə ürəyin işemik xəstəliyi arasında qarşılıqlı əlaqəyə dair məlumat toplayıblar.

Tədqiqatda 2267 nəfər iştirak edib. Onlardan 121-i vəfat edib. Tədqiqatın əvvəlində pessimistlər çoxluq təşkil ediblər. Ancaq tədqiqatın sonunda məlum olub ki, ölənlərin arasında bədbinlərin sayı 2,2 dəfə çox olub. Bununla yanaşı, alimlər nikbinliklə ürəyin işemik xəstəliyinə tutulma riskinin azalması arasında hər hansı əlaqə aşkar etməyiblər.

Buna da bax: Antibiotiklər gücünü itirir

Psixiatr Mikko Pankalainenin rəhbərliyi ilə tədqiqatçılar qrupu qeyd edir ki, bu vaxta qədər alimlər optimizm və pessimizmi eyni emosional spektrin əks qütbləri kimi nəzərdən keçiriblər. Buna görə də bu vaxta qədər əldə olunan nəticələr ziddiyyətli olub.

"İnsanları optimistlərə və pessimistlərə bölməyə dəyməz. Belə görünür ki, bədbinlik həm kişilərdə, həm də qadınlarda işemik xəstəlikdən ölüm riski baxımından mühüm amildir. Ancaq nikbinlik bu xəstəlikdən qorumur", deyə alimlər yazır.

Görünür, bədbin insanların sağlamlıq problemləri onların özlərinə pis qulluq etməsindən qaynaqlanır. Belə insanlar pis qidalanır və idmanla məşğul olmurlar.

XS
SM
MD
LG