Keçid linkləri

Təcili xəbərlər

Monqol İmperiyası indiyə qədər qalsaydı...


Monqol imperiyasının mövcudluğunu XXI əsrə gətirib çıxaran rejissorlar animasiya videosu hazırlayaraq onu Youtube sosial şəbəkəsində yerləşdiriblər.

Müəlliflərin fikrincə, imperiyanın sahəsi Rusiya, Cənubi Koreya, Çin, Hindistan və bütün Azərbaycan da daxil olmaqla 28 ölkəni əhatə edərdi. Belə böyük bir imperiyanın əhalisi isə planetin dörddə biri, yəni 2 milyard nəfərə yaxın olardı. Planetin hər dördüncü sakini isə imperiyanın nəzarəti altında olardı.

İmperiya dünyanın ən böyük ordusuna - 9.75 milyon həqiqi hərbi əsgəri olan hərbi orduya malik olardı. İqtisadi cəhətdən də Monqol imperiyası ən güclü - 29.2 trilyon ABŞ dolları əmanəti olmaqla qabaqcıl ölkə olardı. İmperiyanın ən böyük şəhəri isə Şanxay olardı.

Müəlliflər bu nəticəyə gəlmək üçün açıq mənbələrdə olan məlumatların analiz və statistikasını aparmışlar.

“Monqol imperiyasının mövcudluğu digərləri ilə müqayisədə uzun çəkməyib. Görəsən çingizidlərin keçmiş məşhurluğunu onun mövcud olduğu dövrdəki kimi yenidən yaratsaq necə olar?” deyə videonun təsvirində qeyd edilir.

Ən son yazılan

XS
SM
MD
LG