Keçid linkləri

Yalnız Trampın özü aramla, tələsmədən gələcək komandasının üzvlərini bir-bir seçir və onları cəmiyyətə təqdim edir. Həm adi insanlar, həm də böyük siyasətçilər bu seçimlər prizmasından özlərini narahat edən suallara cavab axtarırlar.

ÇOXMƏNALI SÜKUT...

Hər kəs böyük təlaş da olmasa, narahatlıq içindədir. Nəinki Donald Trampa səs verməyənlər, hətta Avropa kimi böyük kontinentin siyasət adamları belə çox həyəcanlı anlar yaşayırlar. Böyük siyasətə etinasız olanlar belə marağını gizlədə bilmir...

Yalnız Trampın özü aramla, tələsmədən gələcək komandasının üzvlərini bir-bir seçir və onları cəmiyyətə təqdim edir. Həm adi insanlar, həm də böyük siyasətçilər bu seçimlər prizmasından özlərini narahat edən suallara cavab axtarırlar.

Düşünürlər ki, görən, Tramp seçkilər vaxtı dediklərinə nə qədər sadiq qalacaq? Onları heç olmasa, bir az korrektə edəcək, yoxsa nöqtəsinə və vergülünə toxunmadan bütün dediklərini həyata keçirməyə çalışacaq?..

Böyük siyasətçilər və eləcə də təcrübəli diplomatlar insanları və ölkələri sakitləşdirməyə çalışır, ABŞ-ın siyasi kursunda kəskin dönüşlərin olmayacağına inandırmağa çalışırlar.

Buna da bax: Trampı müzakirə etməyə nə var ki...

Məsələn, bu yaxınlarda ABŞ-ın xarici siyasət patriarxlarından biri Henri Kissincer bildirdi ki, böyük ehtimalla Donald Tramp prezident olandan sonra onun siyasətə baxışı, xüsusən də ABŞ-ın xarici siyasət kursuna, dünyadakı yerinə və roluna münasibəti cilalanacaq...

Cəmi bir neçə həftə bundan əvvəl Hilari Klintona dəstək verən və az qala onun seçki komandasının ən fəal üzvlərindən biriniə çevrilən indiki prezident Barak Obama da özünün son xarici siyasət turnesinə çıxdı və Avropaya yola düşdü...

QƏDİM ELLADADAN BAŞLANAN SƏFƏR...

Bu səfərdə həm Trampın aleyhinə olan amerikalıları, həm də Avropa ölkələrini sakitləşdirmək istəyi vardı. Obamanın səfərinə Yunanıstandan başlaması medianın diqqətini elə də cəlb etmədi. Jurnalistlərin və siyasi təhlilçilərin əksəriyyəti bu detala diqqət yetirmədilər.

Obama göstərmək istəyirdi ki, bundan sonra da ABŞ özünün demokratiya ilə bağlı ideallarına sadiq qalacaq, həm öz içində, həm də kənarlarda demokratiyaya dəstək verməkdə davam edəcək.

Fəqət, ilk olaraq Yunanıstana səfər etmək xüsusi bir siyasi jest idi. Yunanıstana yollanan və qədim Elladanın tarixi abidələrini ziyarət edən Obama göstərmək istəyirdi ki, bundan sonra da ABŞ özünün demokratiya ilə bağlı ideallarına sadiq qalacaq, həm öz içində, həm də kənarlarda demokratiyaya dəstək verməkdə davam edəcək.

Səfərin önəmli, bəlkə də əsas hissəsi də avropalı müttəfiqləri sakitləşdirmək, onları NATO-nu elə bir təhlükənin gözləmədiyinə və hətta Rusiyaya yönəlik siyasətdə də varisliyin tamam qorunacağına inandırmaq məqsədi güdürdü.

Ciddi narahatlıq üçün əsaslar isə yetərincədir. Bəlkə də NATO yaranandan bu günə qədər onun rəhbərləri bu qədər həyəcanlı anlar yaşamamışdılar. Hətta NATO-nun baş katibi bu yaxınlarda bildirdi ki, Trampla ilk dialoqu böyük səbrsizliklə gözləyir.

Trampın NATO-ya yanaşmasında siyasətdən daha çox, iqtisadi və maliyyə arqumentləri nəzərə çarpır. Yeni ABŞ prezidenti belə deyir ki, Blokun xərclərinin az qala 70 faizini onun ölkəsinin üzərinə düşməsi heç də normal hal deyil. Maraqlıdır ki, elə Obama da Avropaya səfərində bildirdi ki, bundan sonra ABŞ Alyans qarşısında özünün maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı daha sərt olacaqdır.

Qərəz, suallar və bu sualların yaratdığı narahatlıqlar həqiqətən də çox böyükdür. Yalnız bircə ölkə - Rusiya eyforiya içindədir...

KREMLİN XƏYALLARI

Amma Tramp özünün Rusiya siyasətinə tam aydınlıq gətirməyə hələ də tələsmir. Rusiyanın təbriki olub, Vladimir Putinlə telefon danışığı baş tutub, gəl, Tramp geniş açıqlamalara rəvac vermir. Hərçənd, onun andiçmə mərasimindən sonra səfər edəcəyi ilk ölkənin Rusiya olacağı bildirilir.

Rusiya daha əvvəlki SSRİ deyil və daha o, dünya üçün qlobal təhlükə ola biləcək hər hansı ideyanın daşıyıcısı deyil. ...amma Rusiyanın böyük iddiaları var və bunlar qlobal “ideya”lardan heç də az qorxulu deyil.

Əsilində Rusiya ilə münasibətlərdə yenilik mümkündür. Hətta prezident Obama da bir ara deyirdi ki, Rusiya daha əvvəlki SSRİ deyil və daha o, dünya üçün qlobal təhlükə ola biləcək hər hansı ideyanın daşıyıcısı deyil. Odur ki, soyuq müharibədən danışmaq mənasızdır.

Amma Rusiyanın böyük iddiaları var və bunlar qlobal “ideya”lardan heç də az qorxulu deyil.

Elə ABŞ-Rusiya münasibətlərində problemlər də sonuncunun Krımı ilhaq etməsindən və şərqi Ukraynada separatizmə dəstək verməsindən sonra başladı. Məhz bundan sonra sanksiyalar işə düşdü və bu gün də bəyan edilir ki, Rusiya Ukraynadakı siyasətindən əl çəkərsə, sanksiyalar da dərhal götürülə bilər.

Amma Rusiya rəhbərləri bu haqda heç düşünmək də istəmirlər. BMT-nin Krımın ilhaqının təcavüz olduğunu vurğulamasından sonra Rusiya beynəlxalq məhkəmədə iştirakını dayandırdı.

Rusiyanın Trampdan gözləntilərini çox sadə ifadə etmək olar – onlar Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-la dünyanı bölüşdürə biləcəklərinə ümid edirlər...

Məqsəd budur. Əvəzində isə Rusiya siyasətçiləri elə hey suverenlikdən və qarşılıqlı hörmətdən dəm vururlar.

Rusiyanın suverenliyinin bir coğrafi hüdudları varmı? Bu suverenlik haralara qədər şamil olunur? Doğrudanmı, Krımın ilhaqı ilə barışmaq Rusiyanın suverenliyinə hörmət deməkdir?..

Amma bu zaman bəzi suallara cavab təklif edilmir. Rusiyanın suverenliyinin bir coğrafi hüdudları varmı? Bu suverenlik haralara qədər şamil olunur? Doğrudanmı, Krımın ilhaqı ilə barışmaq Rusiyanın suverenliyinə hörmət deməkdir?..

Bu sualların da cavabını məhz yeni prezident – Donald Tramp verməlidir. Elə Rusiya özü də buna işarə edir.

Amma düşünürəm ki, bütün hallarda məsələ Rusiya siyasətçilərinin ümid etdiyi kimi olmayacaq və onları çox böyük məyusluq gözləyir.

Ona görə ki, ABŞ-ın da böyük milli maraqları var. Üstəlik də bu, özfəaliyyət dərnəyi deyil, böyük siyasətdir və hətta Tramp istəsə belə, onun sükanını hara gəldi, yönəldə bilməz.

Bir daha deyirəm ki, Donald Tramp geniş açıqlamalar verməyə tələsmir. Amma tez-tez təkrar etdiyi bir cümlə var: “Biz Amerikanı daha güclü etməliyik!”. Məncə bu bir cümlə çox sualların cavabıdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG