Keçid linkləri

Təcili xəbərlər

Yeniyetmələr bir “vanna” şirin içki içirlər


Britaniya Xərçəng Araşdırmaları institutunun (Cancer Research UK) apardığı sorğunun nəticələri göstərib ki, orta statistik yeniyetmə bir il ərzində bir “vanna” həcmində spirtsiz şirin içki qəbul edir.

Məlum olub ki, yeniyetmələrdən hər biri il ərzində orta hesabla 234 ədəd alkoqolsuz şirin içki içir. Bu həcmdə mayeylə bütöv bir “vanna”nı doldurmaq olar.

Birtaniya alimləri apardıqları araşdırmaya 11-18 yaşarası yeniyetmələri cəlb ediblər. Məlum olub ki, yeniyetmələrdən hər biri il ərzində orta hesabla 234 ədəd alkoqolsuz şirin içki içir. Bu həcmdə mayeylə bütöv bir “vanna”nı doldurmaq olar. Başqa bir sorğuda isə 11 yaşadək olan uşaqların içdiyi içkinin həcmi 110 ədəd, yəni yeniyetmələrdən iki dəfə daha azdır.

Son məlumatlar isə onu göstərir ki, Böyük Britaniyada şirin içkilər artıq bir o qədər də çox istifadə edilmir. Lakin buna baxmayaraq, alimlərə görə dövlət sağlam qida təbliğatı siyasətini davam etdirməlidir.

Bu məsələnin həlli üçün təklif edilən variantlardan biri şəkərə vergi qoymaqdır. Alimlərin fikrincə, bir banka içkidə, 100 ml-ə 5 qramdan artıq şəkər olmamalıdır. Əgər bu norma pozularsa, əlavə hər bir qram şəkər üçün şirkət vergi ödəməlidir.

Buna da bax: Antibiotiklər gücünü itirir

“Dövlət gələcək nəsilə daha yaxşı şans verə bilər, misal üçün, televiziya kanallarında saat 21.00-a qədər fast-fud reklamlarına qadağa qoyaraq buna nail ola bilər”, deyə Britaniya Xərçəng Araşdırmalar institutunun direktoru, Elison Koks bildirib.

Böyük Britaniyada yeni qaydalar iki il ərzində tətbiq ediləcək. Bu sahədə fəaliyyət göstərən şirkətlər içkilərdə şəkərin azadılması təşəbbüsünə qarşı çıxış edirlər. Vergi təcrübəsi Meksika, Fransa və Cənubi Afrikada artıq tətbiq edilib.

XS
SM
MD
LG