Keçid linkləri

Çin kosmik gəmilərinin ekipajı daimi orbital stansiyanın yaradılması üçün mühəndislərlə təmin olunacaq. Komandaya kosmik sənayedə çalışan mühəndislərlə yanaşı yerüstü aviasiya xidmətlərində çalışan mütəxəssislər də cəlb olunacaq. Namizədlərin seçilməsinə 2017-ci ilin birinci yarısında başlanılacaq.

Bu barədə Pekində keçirilən mətbuat konfransında məlumat verilib.

Sırf Çinə məxsus ilk daimi orbital stansiyanın tikilməsi 2018-ci ilə, onun istismara verilməsi isə 2022-ci ilə planlaşdırılır.

Buna da bax: Kosmosdan 360-dərəcəlik ilk video

Stansiya iki labarotoriya və əsas hissədən ibarət tikiləcək. Hər hissənin çəkisi təxminən 20 ton olacaq. Ekspertlər stansiyanın 10 il boyunca orbitdə qala biləcəyini təxmin edirlər.

Layihə çərçivəsində gələn ilin əvvəlinə “Tyanjou 1” adlı nəqliyyat gəmisinin də hazırlanması nəzərdə tutulub. Çinli mütəxəssislər hesab edirlər ki, 2020-ci ilin ortalarına qədər Çin daimi orbital stansiyanı tək yaradan ilk dövlətə çevriləcək.

Hazırda fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiya bir neçə dövlətin birgə səyləri nəticəsində yaradılıb.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG