Keçid linkləri

Təcili xəbərlər

Ayda binalar “çap ediləcək”


Mütəxəssislər Ayda daş obyektlər çap etmək üçün 3D printer üzərində çalışırlar. Mövcud prototipin hazırlanması 2018-ci ilin sonuna planlaşdırırlır.

Bu barədə Samara Dövlət Texniki Universitetinin saytında məlumat verilir.

Ayın səthində 3D printerlə çap edilən ilk süni obyekt daş ola bilər. Süni daş obyektlər səthdə naviqasiya sistemi rolunu oynayacaq.

Printerin hazırlanmasına cəlb olunan təşkilatlar Moskvada keçirilən toplantıda üçtərəfli müqavilə imzalayıblar.

Ayın səthində 3D printerlə çap edilən ilk süni obyekt daş ola bilər. Süni daş obyektlər səthdə naviqasiya sistemi rolunu oynayacaq.

Mütəxəssislər hesab edir ki, Ayda bu və ya digər obyekti hazırlamaq iqtisadi baxımdan onları yerdən aparmaqdan daha sərfəli ola bilər. Bu cür süni obyektlər radiasiyaya da daha davamlıdır.

Layihə barədə dekabr ayında daha geniş məlumat veriləcək.

Ən son yazılan

XS
SM
MD
LG