Keçid linkləri

Təcili xəbərlər

1445 yeni virus aşkar edilib


Avstraliya və Çin alimlərindən ibarət beynəlxalq araşdırmaçılar qrupu indiyədək elmə məxsus olmayan bir çox yeni virus növü aşkar ediblər. Başlıcası odur ki, 1445 virusdan yalnız bir neçəsi insan orqanizmində təhlükəli xəstəliyin yaranmasına səbəb ola bilər.

Yeni araşdırmanın müəlliflərindən biri, Edvard Holmsun (Edward Holmes) sözlərinə görə, bu araşdırma alimlərin virusologiya haqqında olan fikirlərini tam alt-üst etmək iqtidarındadır. Aşkar edilən viruslar milyard illərdir ki mövcuddur.

Buna da bax: Erkən riyaziyyat dərsləri həyatda uğur qazandırır

Alimlər onu da qeyd edirlər ki, misal üçün soxulcanların virus orqanizmi daşıyıcı olduqlarını daha öncə təsəvvür belə etmirdilər.

Ümumilkdə alimlərin hesabladığı 1445 virusun bir hissəsi elmə ümumən məlum deyil. Mütəxəssislərin sözlərinə görə, həşəratların bir neçə növü də qrip virusunun daşıyıcılarıdırlar.

XS
SM
MD
LG