Keçid linkləri

Təcili xəbərlər

Taylı tayını “ağlına görə” tapar


Cütlüklər bir-birlərini müxtəlif səbəblərə - görünüşlərinə, sosial statuslarına, yumor hisslərinə və s. görə seçə bilərlər. Yeni araşdırma isə üzə çıxarıb ki, insanlar daha çox intellekt səviyyələri oxşar birilərinə vurulurlar.

Tədqiqatı Şərqi İngiltərə və Hollandiya Universitetlərinin alimləri aparıblar. Araşdırmanın nəticələri “İntelligence” elmi jurnalında dərc olunub.

Çox nadir hallarda insanlar həyat yoldaşlarını təsadüfi seçirlər. Onlar adətən, qeyri-ixtiyari olaraq intellekt səviyyələri oxşar birini axtarırlar.

Tədqiqat zamanı Birləşmiş Krallıqda evli və ya birlikdə yaşayan 1600 cütlük incələnib.

Araşdırma üzə çıxarıb ki, təhsildə uğur qazanan, yüksək IQ sahibi insanlar özlərinə uyğun biriylə sevgi münasibəti qururlar. Çox nadir hallarda insanlar həyat yoldaşlarını təsadüfi seçirlər. Onlar adətən, qeyri-ixtiyari olaraq intellekt səviyyələri oxşar birini axtarırlar.

Tədqiqat göstərir ki, ailədə IQ göstəriciləri bənzər üzvlərin həm də genetik quruluşu, DNT-si oxşar olur. Alimlər bunun gələcəkdə sosial və genetik bərabərsizliyi artıra biləcəyini deyirlər.

Bu araşdırma romantik istəyin həm də genlərdən asılı olduğunu göstərən ilk tədqiqatdır.

Buna da bax: Ayda binalar “çap ediləcək”

Araşdırma rəhbəri Professor Devid Hyu-Cons (David Hugh-Johns) bildirir ki, təhsil və zehni bacarıqları uyğun cütlüklər cəmiyyət üçün əlverişlidir. Onlar genetik quruluşun və gələcək nəsillərin inkişafı üçün də münasibdir.

Ən son yazılan

XS
SM
MD
LG