Keçid linkləri

Ağıllı telefonlar günümüzün ayrılmaz hissəsinə çevrilsələr də onların batareya, enerji problemi hələ də qalır.

Florida Universitetinin tədqiqatçıları, deyəsən, bu məsələyə əncam çəkəcəklər. Onların hazırladıqları yeni texnologiya smartfonu bir neçə saniyəyə enerjiylə doldurub bir həftəyə qədər işlətməyə imkan verəcək.

Tədqiqatçılar superkondensatorlu yeni batareya hazırlayıblar. Yığcam və incə batareya böyük həcmdə enerji saxlaya bilir. Qurğu bir barmaq dırnağı ölçüsündə, əyilə bilən metal formasındadır.

Buna da bax: Ən etibarsız smartfonların reytinqi

Araşdırmaların ilkin nəticələrinə görə, superkondensatorlu batareya təxminən 30000 faiz enerji tutur.

Bundan əvvəl superkondensatorlar batareyalara böyük ölçülərinə görə yerləşdirilmirdi. Florida Universitetinin araşdırmaçıları isə nanometr qalınlığında kiçik kablolarla nazik superkondensator hazırlaya biliblər.

Hazırda yeni texnologiya layihə mərhələsindədir, lazımi sınaqlar keçirilir. Onun nə vaxt tam gerçəkləşəcəyi isə hələlik açıqlanmır.

Ən son yazılan

XS
SM
MD
LG