Keçid linkləri

Təcili xəbərlər

Antarktikanın buz örtüyü sürətlə parçalanır


ABŞ-ın Ohayo ştatının alimləri dünyanın ən böyük buz kütləsinin sürətlə parçalanmasını göstərən daha bir qorxunc sübut aşkar ediblər.

Antarktika buzlağında hər ay uzunluğu bir neçə kilometr böyüyən çatlar aşkar ediblər. Bu, buz qalxanının parçalanıb, vaxtından əvvəl ərimə təhlükəsini daha da artırır.

Antarktikanın buzlaqları planetimizin ən böyük buz kütləsi və ən iri içməli su ehtiyatıdır. Nə vaxtsa iqlimin istiləşməsi nəticəsində 30 kubmetr buzlağın bütünlüklə əriyib suya dönməsi artıq heç bir alimdə şübhə doğurmur. İndi isə iqlimşünaslar Antarktika buzlağında hər ay uzunluğu bir neçə kilometr böyüyən çatlar aşkar ediblər. Bu, buz qalxanının parçalanıb, vaxtından əvvəl ərimə təhlükəsini daha da artırır.

“Sentinel” Avropa kosmik agentliyi və ABŞ-ın “Landsat 8” peyk-zondunun əldə etdiyi istilik kartları vasitəsi ilə alimlər, ötən yay buzlağın qərb hissəsindən 582 kv.km ölçüsündə olan nəhəng aysberqin ayrılma səbəbləri haqqında nəzəriyyəsini təqdim ediblər.

Aysberqin yaranmasından 2-3 il əvvəl həmin sahənin sübh və qürubunda çəkilən fotolar analiz edilib. Fotolardan gün çıxan və batan zaman günəşin şüaları fonunda buzda yaranan nəhəng çatları Qərb buzlaq qalxanında müşahidə etmək mümkün olub. Çatlar torpağın, suyun və buzun sərhəddində 2013-2014-cü illərdə yaranmağa başlayıb, və cəmi bir il ərzində çatların uzunluğu 14 km, eni isə 110 metrə çatıb.

Buna da bax: Çirkli havanı daş-qaşa çevirən qüllə

İqlimşünasların fikrincə, çatların yaranma səbəbi Cənub okeanı sularında hərarətin artması ilə əlaqədardır. İsti su buzlağın əsasında olan boşluğu silib, bu da öz növbəsində çatların yaranmasına səbəb olub. Alimlər qeyd edirlər ki, buna bənzər proseslər materikin dərinliklərində də baş verir, və bu proses buzlaqların əriməsini daha da sürətləndirir.

Ən son yazılan

XS
SM
MD
LG