Keçid linkləri

Təcili xəbərlər

Xanım Tramp oğlunun müdafiəsinə qalxdı


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, onun həyat yoldaşı Melaniya Tramp və oğlu Berron Tramp.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, onun həyat yoldaşı Melaniya Tramp və oğlu Berron Tramp.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xanımı Melaniya Tramp oğlu Berronun autizm xəstəliyindən əziyyət çəkdiyini bəyan edən bloger Ceyms Hanteri (James Hunter) məhkəməyə verəcəyini bildirib. Ölkənin növbəti birinci xanımı bu xəstəliyin ehtimalı haqqında danışılan videonu internetdən silməyi tələb edir.

“Berron Tramp autistdirmi?” adlanan videoda Donald Trampın oğlunun qeyri-adi hərəkətləri yer alıb... Melaniya Trampın vəkili Çarlz Harder isə öz növbəsində blogerin ehtimallarını rədd edərək oğlanın tamamilə sağlam, videonun isə “sataşma” materialı olduğunu bildirib.

“TMZ saytından mənimlə əlaqə saxlayıb dedilər ki, Melaniya Tramp bu videoya görə məni məhkəməylə təhdid edir və məndən ictimaiyyət qarşısında ondan üzr istəməyimi tələb edir. Dəhşətdir. Bu video istehza xarakteri daşımır axı”, deyə Hanter məsələyə şərh verib.

Bundan başqa, bloger özünün də autizm xəstəliyindən əziyyət çəkdiyini bildirib, ona görə də xəstə adamları gülüş obyektinə çevirməsinin fikrində belə olmadığını deyib. Hanter Tramp ailəsinə böyük hörmət bəslədiyini vurğulayaraq, videonun da Berronun ünvanına lağlağı şərhlərə son qoymaq məqsədilə yaydığınl bildirib.

“Berron Tramp autistdirmi?” adlanan videoda Donald Trampın oğlunun qeyri-adi hərəkətləri yer alıb. Videonun müəllifi 10 yaşlı Berronun əl çalma qaydası, yerişi, mimikası və kiminsə ona toxunan zaman qıcıqlandırıcı reaksiyasını vurğulayıb. Bloger videosunda qeyd edir ki, bu cür hərəkətlər autizm xəstəliyindən əziyyət çəkən insanlara xasdır. Videonun altında isə bloger #StopTheBullying (“SataşmanıDayandırın”) heşteqini də əlavə edib.

Melaniya Trampın vəkili Çarlz Harder (Charles J. Harder) isə öz növbəsində blogerin ehtimallarını rədd edərək oğlanın tamamilə sağlam, videonun isə “sataşma” materialı olduğunu bildirib.

XS
SM
MD
LG