Keçid linkləri

Təcili xəbərlər

Rusiya Çinlə birgə internet-nəzarət sistemi hazırlayacaq


Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping
Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping

Rusiya Federasiyası Çinlə birgə Red Web adlanan yeni filtrasiya və nəzarət sistemi hazırlığına start veriblər.

Noyabrın əvvəlində Rusiyanın LinkedIn sosial şəbəkəsini ölkə ərazisində qadağan etmək qərarı İnternetə nəzarətin güclənməsinin ilk nümunəsi ola bilər.

Sanksiyalar altında olan Rusiya Qərb ölkələrinə müraciət edə bilmədiyindən, texnoloji cəhətdən xeyli irəli getmiş Çinlə əməkdaşlıq etməyə qərar verib.

Sanksiyalar altında olan Rusiya Qərb ölkələrinə müraciət edə bilmədiyindən, texnoloji cəhətdən xeyli irəli getmiş Çinlə əməkdaşlıq etməyə qərar verib. Rusiyanı buna məcbur edən ‘Yarovaya qanunu’ çərçivəsində informasiyaların yoxlanılması tələbləridir. Bu da öz növbəsində ölkənin böyük həcmdə məlumatların yoxlanılmasında kənardan yardım istəmək ehtiyacını artırıb.

Hələ bu ilin əvvəlində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çinin partiya rəhbərliyi nümayəndələrinin də qatıldığı iki toplantı keçirib. Bu toplantılarda informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib.

Buna da bax: Twitter İŞİD-ə bağlı 400 000 profili bağlayıb

KİV-də yayılan məlumatlara görə, əməkdaşlıq prosesi başlanmazdan öncə Rusiya və Çin ölkə rəhbərləri bir neçə dəfə rəsmi görüşlər də keçiriblər. Bu ilin yay aylarında artıq Vladimir Putin Çinlə müvafiq müqaviləyə də imza atıb.

2015-ci ilin əvvəllərində internet istifadəçilərini nəzarət altında saxlayan qanun qəbul edilərkən bu sənədin Runetin xarici hücümlardan qorunmaq məqsədilə yaradıldığı qeyd edilmişdi.

Ən son yazılan

XS
SM
MD
LG