Keçid linkləri

Bu yaxınlarda Almaniyada bir tədbirdə iştirak elədim. Tədbir Almaniya büdcəsindən maaliyyələşən bir fond tərəfindən təşkil olunmuşdu.

...təkcə mənə Varşava-Berlin biletini 230 avroya aldılar. Gör indi Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna, Rusiyadan gələnlərə gediş-dönüş biletini neçəyə aliblar.

Təxmini hesablamalarıma görə tədbirə ümumilikdə təxminən 50,000 avro pul xərcləndi. Təsəvvür edin ki, təkcə mənə Varşava-Berlin biletini 230 avroya aldılar. Gör indi Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna, Rusiyadan gələnlərə gediş-dönüş biletini neçəyə aliblar. Və ya təkcə 1 şam yeməyində hərəmiz təxminən 40-50 avroluq yemək yeyirdik, tədbir də 5 gün davam elədi.

Hələ bunun səhər-günorta yeməkləri, otelləri, şəhərdaxili gündə bir yerə daşınma xərcləri, Almaniya daxilində qatarla müxtəlif şəhərlərə getmək-filan. Ordan qayıdandan sonra fikirləşirdim ki, AzTV demiş, Almaniya dağılır. Yəni bu qədər də bədxərclik olar?! 25-30 nəfər gəlib yeyib-içsin, desin-gülsün və dağılsın hərəsi bir tərəfə.

Bir gecə yenə uzanmışam yerimdə, gözümə yuxu getmir, 50 000 avronun dərdi götürüb məni. Təsəvvür elədikcə dəhşətə gəlirəm, nə qədər fikirləşirəm xeyri yoxdu, görəsən o 50 000 avronun axırı necə oldu. Yerimdə sağa fırlanıram xeyri yoxdu, sola fırlanıram xeyri yoxdu, durub bir siqaret yandırıram, otaqda bir-iki kruq fırlanıram, işığı yandırıb təzədən söndürürəm heç nə alınmır ki, alinmır.

Ağlıma gəldi ki, biz Lufthansa ilə uçduq, sonra qaldığımız otellər də Alman otelləri idi. Yemək yediyimiz restoranlar da hamısı Alman vergi ödəyiciləri idilər.

Belə gecələrin birində təzəcə yerimə girmişdim ki, sanki, qəfildən ildırım vurdu məni, deyəsən tapmışdım, sevincimdən durub bir partiya şahmat oynadım. Ağlıma gəldi ki, biz Lufthansa ilə uçduq, sonra qaldığımız otellər də Alman otelləri idi. Yemək yediyimiz restoranlar da hamısı Alman vergi ödəyiciləri idilər.

Deməli onlar həmin fonddan bizə görə aldıqları bütün pulların ən azı 50%-ni gəlir vergisi şəklində təzədən geri, Almaniya büdcəsinə qaytarırlar. Üstəgəl, onların bizə verdiyi bütün yeməkləri Alman fermerlərin yetişdirdiyi məhsullar idi. Qalan pullardan həmin müəssisələr işçilərinə maaş verirlər ki, onlar da həmin maaşın yarısını təzədən dövlət büdcəsinə gəlir vergisi şəklində ödəyirlər. Sonra həmin otellər, restoranlar müxtəlif şirkətlərə kommunal xidmətlərə görə pul ödəyirlər və həmin şirkətlər də həmin pulların yarısını vergi şəklində təzədən büdcəyə ödəyirlər.

Yerdə qalır sahibkarların net mənfəəti ki, onlar da böyük ehtimal həmin pulları elə Almaniyada investisiya edirlər. Beləliklə, bizim real olaraq Almaniya iqtisadiyyatına vurduğumuz zərər heç 50 avro olmayıbmış bəlkə də.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG