Keçid linkləri

Təcili xəbərlər

Sezon finalı...


İstirahət günü yazısı, düşünmək üçün

Hər bir ölkənin inkişafı üçün əsas amillərdən biri istehlakçı (tükədici) güvənidir. Əhali, istehlakçılar gələcəyə inamı, güvəni varsa, daha çox xərcləyir, daha çox xərclədikcə iqtisadiyyatın artımı sürətlənir, iqtisadiyyat artdıqca əhali daha çox qazanır, daha çox qazandıqca da, yenidən daha çox xərcləyir və bu çarx yenidən dönməyə başlayır. Hökumətə, gələcəyə, milli iqtisadiyyata güvən olduqda banklar daha çox kredit verir, bankların kreditləşmə sürəti artıqca iqtisadiyyata daha çox pul daxil olur, daha çox pul isə əhali üçün daha çox iş yerləri və qazanc yaradır.

...istehlakçı güvəni dibə vurur, ölkələr sürətlə kasıblığa yuvarlanır, banklar borclarını ala bilmir, bank sistemi iflic olur, bununla da bütün iqtisadiyyat sürətlə geriliyir.

Hər bir ölkədə əhali qazancının böyük bir hissəsini ərzağa, kommunal xidmətlərə və sağlamlığa xərcləyirsə və bununla paralel olaraq ölkələrdə iş yerləri və gəlirlər azalırsa, istehlakçı güvəni dibə vurur, ölkələr sürətlə kasıblığa yuvarlanır, banklar borclarını ala bilmir, bank sistemi iflic olur, bununla da bütün iqtisadiyyat sürətlə geriliyir.

Yuxarıda yazdıqlarım elmdir, iqtisadiyyat elmidir, sadəcə, daha bəsit formada izah etməyə çalışdım. Qeyd etdiyim bütün bu simptomlar ölkəmizdə var, əhalinin nə hökumətə, nə maliyyə sisteminə, nə gələcəyinə, nə milli valyutasına inamı qalmayıb, güvən yerlə-bir olub. Bank sistemi çöküb, sadəcə elan edilmir, əhali sürətlə kasıblaşır, ölkə iqtisadiyyatının çarxlarını büdcə işçilərinin və təqaüdçülərin hər ay aldığı 500 mln. manata yaxın vəsait saxlayır ki, bu da ancaq ərzaq, kommunal xərclər və dərmana yönəlir.

Qısası: Neft çıxarılır, daşınır, satılır, daxil olur Neft Fonduna, oradan da büdcəyə, büdcədən təqaüd və maaşlar verilir, təmir-tikinti aparılır, o vəsait də özəl sektoru dolandırır – vəssalam, belə bir primitiv “durba modeli” iqtisadiyyatımız var.

Obrazlı desək, ölkənin böyük əksəriyyətini (təqaüdçülərin tamamını) maddi gəlir, əlavə dəyər yaratmayan büdcə təşkilatı işçilərini, 60 minə yaxın neft sektorunda çalışan, ölkənin maddi qaynaqlarının 90%-dən çoxunu təmin edən neftçilər dolandırır. Həmin o büdcə təşkilatı işçiləri və təqaüdçülər isə 600 minə yaxın özəl sektorda çalışan işçilərin tamamına yaxınını öz maaşı və təqaüdü ilə dolandırır. Qısası: Neft çıxarılır, daşınır, satılır, daxil olur Neft Fonduna, oradan da büdcəyə, büdcədən təqaüd və maaşlar verilir, təmir-tikinti aparılır, o vəsait də özəl sektoru dolandırır – vəssalam, belə bir primitiv “durba modeli” iqtisadiyyatımız var.

Bu gün gəlirlər azalıb, büdcə kiçilib, məhz buna görə də iqtisadiyyat dibə vurub. Güvənsizlik, sabaha inamsızlıq o qədər artıb ki, əhali məcburən ərzaq, kommunal xərclər və dərmana pul xərcləyəcək, digər bütün sahələrdə davam edən durğunluq və çöküş sürətlənəcək. Paltar, ayaqqabı, məişət texnikası, mebel, avtomobil, mobil telefon, kafe, restoran – bütün bu sahələrdə çalışan insanları gələn il ciddi işsizlik və gəlirlərin sürətlə azalması gözləyir. Bunlara bank sektorunda yaranacaq işsizlərin növbəti dalğası, bu yaxınlarda “publik hüquqi şəxs” elan edilmiş dövlət və hökumət strukturlarında olacaq kütləvi ixtisarlar da qoşulacaq. Təmir-tikintiyə ayrılan xərclərin azalması bu sektorun özündə və yan sektorlarda da işsizliyi artıracaq.

İnsanlar paltarlarını, ayaqqabılarını yamadaraq təzələməkdən çəkinəcəklər, ya da buna imkanları olmayacaq. Məişət texnikasını yeniləməyə imkan olmayacaq, təmirə təlabat artacaq, mebel ustalarınn həmişə işi olacaq.

Getdikcə ayaqqabı, paltar, məişət texnikası ustalarına, evlərdə, və ya kiçik işlətmələrdə bişirilib ucuz satılan yeməyə təlabat artacaq. İnsanlar paltarlarını, ayaqqabılarını yamadaraq təzələməkdən çəkinəcəklər, ya da buna imkanları olmayacaq. Məişət texnikasını yeniləməyə imkan olmayacaq, təmirə təlabat artacaq, mebel ustalarınn həmişə işi olacaq. Yəni, çalışın indidən bu sahələrdə nəsə iş qurun, aldığınız dövlət maaşına və təqaüdünə arxayın olmayın, bir müddət sonra ödənişlərdə də problemlər, gecikmələr olacaq.

Beləliklə, müstəqillik tariximizdən üzü bəri ən ağır il olan 2016-cı ilin finalına yaxınlaşırıq, amma bu çox təəssüf ki, böhranın finalı deyil, sezon finalıdır, 2017-ci ildə yeni, daha ağır bölümləri ilə izləyəcəyimiz böhran filminin yeni sezonu başlayacaq. Çıxış yolu sistem dəyişikliyidir, ciddi idarəetmə islahatlarıdır, artıq iqtisadi addımlarla böhrandan çıxış imkanları bitib-tükənib, bunu anlamalıyıq, ancaq siyasi islahatlar güvəni yeniləyə bilər. Düşünün xanımlar və cənablar, düşünün, hələ ki, gec deyil...

Ən son yazılan

XS
SM
MD
LG