Keçid linkləri

ABŞ alimlərinin apardığı araşdırmanın nəticələri göstərib ki, xərçəng xəstəliyi hər 3-cü kişidə və hər 4-cü qadında yaranır. Ötən il ərzində dünyada 17.5 miylon adam xərçəng xəstəsi olduğunu öyrəniblər, 8.7 milyonu isə bədxassəli şişdən və onun fəsadlarından vəfat edib. Ölümə daha çox səbəb olan bronx və ağciyər xərçəngi olub.

Xərçəngdən, artıq qeyd edildiyi kimi daha çox kişilər əziyyət çəkir, prostat xərçəngi isə kişilər arasında ən çox yayılan növüdür.

Xərçəngdən, artıq qeyd edildiyi kimi daha çox kişilər əziyyət çəkir, prostat xərçəngi isə kişilər arasında ən çox yayılan növüdür. Bu xərçəng növündən əziyyət çəkənlərin sayı 1.6 milyona çatır. Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin inkişaf dinamikasını, xüsusən də onun digər xəstəlik fonlarında yaranma tendensiyasını müşahidə etmək çox əhəmiyyətlidir.

Araşdırma üzərində çalışan Vaşinqton universitetinin əməkdaşı Kristina Fitsmorisin (Christina Fitzmaurice) sözlərinə görə, xərçəng iqtisadiyyatının keçid dövrünü yaşayan ölkələrlə yanaşı, həmçinin iqtisadiyyatı inkişafda olan ölkələrdə də qeydə alınır.

Buna da bax: Xanım Tramp oğlunun müdafiəsinə qalxdı

Son 10 il ərzində xərçəng xəstəliyi 33% artıb. Bu hal əsasən əhalinin yaşlı nəsli arasında və əhalinin bir neçə kateqoriyası arasında daha tez-tez baş verir.

Təəssüf ki, uşaqlar da onkoloji xəstəliyə meyllidirlər. Qan xərçəngi, neoplaziyanın müxtəlif növləri, beyin xərçəngi və sinir sistemi ilə əlaqəli olan digər xərçəng xəstəliyinə tutulmalar uşaqlar arasında tez-tez baş verir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG