Keçid linkləri

Mars planetinin “qış mövsümü” zamanı Qırmızı planetin səthində temperatur mənfi 125 dərəcə Selsiyə qədər enərək, karbon qazının donmasına səbəb olur. Qazın dənəcikləri planetin üzərinə qar kimi yağır. "Mars Reconnaissance orbiter" zondu "Mars qışı"nın görüntülərini çəkərək, Yerə göndərib.

Yağmış qarın şəkillərini Marsın şimal yarımkürəsində çəkilib.

Daha öncə Amerika və Kanada geofizikləri Mars səthinin altında, ŞARAD radiolokatorunun köməyilə donmuş sudan ibarət nəhəng dəniz aşkar ediblər.

“Mars Reconnaissance orbiter” NASA-nın 2005-ci ildə Atlas V raketinin köməyilə Qırmızı planetə göndərdiyi zonddur.

Daha öncə Amerika və Kanada geofizikləri Mars səthinin altında, ŞARAD (SHARAD) radiolokatorunun köməyilə donmuş sudan ibarət nəhəng dəniz aşkar ediblər.

Sözügedən donmuş dəniz Qırmızı planetin orta şimal paralelləlində, 39 və 49 dərəcə şimal dairələri arasında yerləşir. Alimlər onun sahəsinin Nyu Meksiko ştatının sahəsi ilə müqayisə edilə biləcəyini deyirlər. Dənizin üstünü örtən torpaq qatı isə 1-10 metr qalınlıqdadır. Bu o deməkdir ki, gələcəkdə bu sudan Qırmızı planetə səfər edəcək astronavtların ehtiyacları üçün istifadə etmək olacaq.

“Bu su hövzəsi bəlkə də Marsda buz şəklində mövcud olan suyun ən əlçatanıdır. Çünki o, nisbətən daha aşağı paralellərdə, özü də kosmik gəminin eniş edə biləcəyi hamar ərazidə yerləşir", deyə Ostindəki Texas Universitetinin Geofizika İnstitutunun professoru Cek Holt (Jack Holt) qeyd edib.

Buna da bax: Rusiya Çinlə birgə internet-nəzarət sistemi hazırlayacaq

SHARADın köməyilə aparılmış araşdırma göstərib ki, sözügedən təbii fenomen 50-85% sudan ibarətdir və onun qalınlığı 79-170 metrdir.

Təhlillər göstərir ki, "Utopia Planitia" adlandırılmış bu buz dənizinin öyrənilməsi Marsın iqliminin zaman keçdikcə necə dəyişdiyini anlamağa kömək edə bilər.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG