Keçid linkləri

Avropa Birliyi şurası ictimai yerlərdə pulsuz internetin olması haqda verilən təklifə razılığını verib. Pulsuz şəbəkəni WiFi4EU adı ilə tapmaq olacaq.

Pulsuz internet təklifi bələdiyyə binalarında, şəhər parklarında və ictimai həyat xarakteri daşıyan digər məkanlarda istifadəçiləri pulsuz internetlə təmin etməyi nəzərdə tutur.

Buna da bax: Su üzərində çalışan ilk lazer hazırlanıb

Ehtimal olunur ki, bu yeniliyə çəkilən xərc bölüşdürüləcək: AB yerli məntəqələrdə avadanlığın quraşdırılmasını maliyyələşdirəcək, həmin ərazilərdə yerləşən şirkətlər isə internet xidmətlərini təmin edəcək. AB bu layihəyə 120 milyon avro ayırmağı planlaşdırır.

AB Şurasına görə, bu layihə yerli rəqəmsal xidmətlərin, elektron hakimiyyətin inkişafını və vətəndaşların onlayn xidmətlərdən istifadə tələbatını da artıracaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG