Keçid linkləri

“Apple” iPhone 6S-in batareyasını yoxlamaq üçün yeni alət işə salıb. Bu, telefonu gözlənilmədən sönən iPhone 6S istifadəçiləri üçün nəzərdə tutulub.

Şirkət bildirir ki, nasazlıq təhlükəsizlik problemi ilə bağlı deyil və 2015-ci ilin Sentyabr-Oktyabr ayları ərzində istehsal edilən smartfonlarda rastlanır.

Bu halla qarşılaşan istifadəçilər üçün xüsusi sayt istifadəyə verilib. İstifadəçilər telefonlarının seriya nömrələrini yazıb, cihazlarının batareya dəyişiminə uyğun olub-olmadığını yoxlaya bilərlər.

Əgər cihazda sözügedən problem aşkarlanarsa, şirkət batareyanı pulsuz dəyişəcək.

Smartfonun ekranında çat varsa, bu, batareyanın dəyişilməsini əngəlləyə bilər. Bu halda, əvvəlcə ekran təmir edilməlidir.

Buna da bax: Marsda “qar” və yeraltı dəniz

Smartfonu batareya dəyişməsinə hazırlamaq üçün fayllarınızı “iTunes” və “iCloud”da saxlamaq, “Find my iPhone” özəlliyini söndürmək, tənzimləmələr (Settings) bölməsindən ayarları, verilənləri sıfırlamaq lazımdır.

Pulsuz batareya dəyişimi üçün istifadəçi uyğun Apple servis xidmətlərinə, mağazalarına yaxınlaşa bilər. Daha artıq yardım üçün isə “Apple Support”la əlaqə saxlamaq olar.

Şirkət bildirir ki, batareyanı sözügedən problemə görə artıq pulla dəyişmiş istifadəçilər isə pullarını geri ala bilərlər.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG