İsveçrənin məşhur qida nəhəngi "Nestle" bir qrup alimlə birlikdə şəkər emalının yeni üsulunu işləyib hazırlayıb. Yeni üsul şokolad istehsalçısına şokolad batonlarında istifadə etdiyi şirinləşdirici maddənin miqdarını 40% azaltmağa imkan verəcək. Müxtəlif ölkələrin hökumətlərinin, habelə müştərilərin sağlamlığını müdafiə edən qurumların təzyiqləri "Nestle"ni bu addımı atmağa təşviq edib.
Tədqiqatçılar şəkər molekullarına yeni struktur verməyə nail olublar. Bu yeni struktur şəkərin ağızda daha tez əriyərək eyni dərəcədə şirin görünməsinə yol açır.
Tədqiqatçılar şəkər molekullarına yeni struktur verməyə nail olublar. Bu yeni struktur şəkərin ağızda daha tez əriyərək eyni dərəcədə şirin görünməsinə yol açır.
“Bu şəkərdir, ancaq [molekulun quruluşu] fərqlu olduğundan sizin ağınızda daha tez həll olunur və mədə-bağırsaq sisteminizə daha az miqdarda şəkər gedir”, deyə şirkətin baş texnoloqu doktor Stefan Katsikas (Stefan Catsicas) bildirib.
Acxaq şirkət yeni texnologiyanı patentləşdirmək niyyətində olduğundan, yeni prosesi tam olaraq izah etməyib. Yeni məhsulun istehsalına 2018-ci ildən başlanacaq.
Qida məhsulları istehsalı texnologiyası üzrə müstəqil konsultant, professor Culian Kuper (Julian Cooper) bu istiqamətdə inkişafın aktuallığını vurğulayıb. O deyib ki, hazırda çox adam şəkər istifadəsini azaltmağa çalışır. Altı il əvvəl "Walkers" çips brendinin sahibi olan "PepsiCo" xörək duzunun yeni molekulunu işləyib hazırlamışdı. Bu yeni molekul sayəsində istehlakçılar daha az natrium qəbul edəcəklər, məhsulun dadı isə korlanmayacaq.
Buna da bax: Xərçəngin ən çox rast gəlinən növləri bunlardır
Nyu York Universitetinin Qida və İctimai Səhiyyə departamentinin professoru, Şirkətlə əlaqəsi olan Marion Nestle bildirib ki, bu yeni məhsulun şəkər istehlakının azaldılması ilə bağlı nə dərəcədə əhəmiyyətli olacağını demək çətindir. "Çünki konfet məhsulları ...insanların qidasında ən böyük şəkər mənbəyi deyil. “[Ən böyük şəkər mənbəyi] şirin qazlı içkilər və Kənd Təsərrüfatı Departamentinin "dən əsaslı desertlər" adlandırdığı qidalardır", - o deyib.
Alimlərin sözlərinə görə, "Nestlé" sözügedən texnologiya üçün patenti əldə edənə qədər bu barədə danışmaq istəməzdi. Ancaq məlumatların sızması şirkəti bu barədə danışmağa vadar edib.
O qeyd edib ki, "Nestlé" özünün işləyib hazırladığı şəkəri digər qida şirkətlərinə də sata bilər. Ancaq o əlavə edib ki, bu növ şəkərlə qəhvəni, yaxud qazlı içkiləri şirinləşdirmək mümkün deyil.
Bir çox şirkətlər kimi öz məhsullarında yağ, duz və şəkərin miqdarını azaltmağa can atan "Nestlé" bundan əvvəl istehsal etdiyi dondurmanın tərkibindəki yağı azaltmağa nail olmuşdı.
“Bu, tamamən qavrama məsələsidir: Mən öz duyğu sistemimi axtardığım dada necə uyğunlaşdıra, bununla yanaşı həmin inqredienti minimal miqdarda qəbul edə bilərəm?" deyə Katsikas izah edir.